23 C
Baku
Saturday, April 27, 2024

Dincəlməyin elmlə təsdiq edilmiş üsulları

Yaşadığımız bu sürətli və gərgin iş dövründə insan tez bir zamanda emosional yorğunluq, hər bir şeydən qıcıqlanma hissi yaşayır və bütün bunlarım hamısı stressə doğru aparır. Xroniki strees isə daha pisdir, çünki bu çəkinin artmasına, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu səbəbdən də stressi azaltmaq üçün mütəmadi olaraq dincəlmək lazımdır. Bu gün biz sizə dincəlmək üçün elmlə təsdiq edilmiş bir neçə üsul təqdim edəciyik.

Dünyanın ən rahatlıq gətirici mahnısına qulaq asın.

Mütəxəssislərin aşkar etdiyinə görə, yorğunluq, depressiya zamanı Marconi Union-un musiqilərinə qulaq asmaq qadınlara dincəlmək üçün daha yaxşı kömək etmişdir. Bu musiqilər Enya, Motsart və Coldplay-in mahnılarından daha tez təsir göstərir. Fasiləsiz ritm beyin dalğalarının yaranmasına və ürək döyüntülərinin tezliyini musiqi ritmləri ilə bərabərləşdiri.

Komediya filmlərinə baxın.

Gülüş stresslə mübarizə aparmaq üçün sınanmış vasitədir. Həmçinin müəyyən edilmişdir ki, gülüş psixoloji stressin azaldılması üçün effektiv vasitədir.

Yoqa ilə məşğul olun.

Araşdırmalar sübut edir ki, yoqa ilə məşğul olan zaman müxtəlif hərəkətlərlə tənəffüsün idarə olunması əzələlərə rahatlıq gətirir, həyəcanı, depressiyanı və yorğunluğu azaldır. Aparılan araşdırmalara görə, yoqa diqqətin artırılmasına, qıcıqlanmanın azalmasına və həyata daha optimist baxmağa səbəb olur.

Şokolad yeyin.

Gün ərzində 40 qram şokolad yemək stressdən qurtulmağa, beyində endorfin kimi müsbət emosiyalar yaratmağa kömək edir.

Saqqız çeynəyin.

Araşdırmalar müəyyən etmişdir ki, dadından asılı olmayaraq saqqız stressin səviyyəsini azaldır və diqqəti artırır. Bu ona görə baş verir ki, ağız suyunun yaradılması kortizolun həcmini azaldır.

Mobil telefondan uzaqlaşın.

Əlbəttə ki, əgər işinizə görə telefon vacib deyilsə. Britaniya psixoloji cəmiyyətinin apardığı araşdırmaya görə, telefona tez-tez gələn bezdirici zənglər və SMS-lər insanda sözün əsl mənasında stress yaradır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər