“Kreml Rusiya diplomatlarının Polşadan qovulması ilə bağlı məlumatlardan xəbərdardır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov deyib ki, əgər xəbərlər doğrudursa, bu hərəkətlər Rusiya tərəfindən cavabsız qalmayacaq:
“Bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq”.
Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi casusluqda ittiham olunan 45 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edib.