Mart ayının 26-da baş verən güclü yanğından sonra yararsız hala düşən “Diqlas” Ticarət Mərkəzi sökülür.
Söküntü işlərinə bu gün səhər saatlarından başlanılıb.
Ticarət Mərkəzinin boş qalacaq yerinin aqibəti hələlik məlum deyil. Lakin İqtisadiyyat naziri Şahin Mustafayev mətbuata açıqlamasında demişdi ki, bu, obyektin sahiblərinin qərarından asılıdır. Bunu oxu.az m’lumat verir.
Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.
Ticarət mərkəzində obyekti olan sahibkarlar digər yerlərdə obyektlə təmin olunub, onlara dövlət tərəfindən kompensasiya ödənilib.