13 C
Baku
Wednesday, May 8, 2024

Diqqəti necə inkişaf etdirmək olar?

“The Mind Training” kitabının müəllifi olan Tom Wujec, diqqəti inkişaf etdirmək üçün “Iki dəqiqəlik konsentrasiya” adlandırdığı məşq haqqında yazır. O çox sadədir və heç bir xüsusi şərait tələb etmir. Filmin başlanmasını, avtobusa minməyinizi və ya növbənizi gözlədiyiniz zaman bir neçə dəqiqə. Əsas odur ki, əlinizin altında saat olsun, qol və ya divar – fərqi yoxdur.

Və budur, iki dəqiqəlik konsentrasiya məşqi.

Qarşınıza saniyə əqrəbli saat qoyun. Rahatlayın, özünüzü toplayın və hazır olduqda saatın saniyə əqrəbini izləməyə başlayın. İki dəqiqə ərzində bütün fikirlərinizi və diqqətinizi saniyə əqrəbinə yönəldin. Əgər konsentrasiyanı pozulduğunu görsəniz, dayanın və məşqə yenidən başlayın.

Konsentrasiyanı saniyə əqrəbinin iki dövr edib bitirənə kimi itirməməyə çalışın.

Bu məşqin mürəkkəbliyini artıraraq bir qədər dəyişdirmək olar:

Məşqə televizorun olduğu otaqda başlayın, yaxşı olar ki, televizorda sizə maraqlı olan veriliş və ya film getsin. İki dəqiqə ərzində bütün diqqətinizi saniyə əqrəbininin hərəkətinə yönəltməyə çalışın. Fikrinizin televizorda gedən proqramlara yayınmasına imkan verməyin.

Diqqəti yarıya bölün: birinci yarısını saniyə əqrəbinin hərəkətinə, ikinci yarısını isə əlinizə yönəldin. Onlardan birinə daha çox diqqət yetirdiyinizi başa düşən kimi məşqi başdan başlayın.

Saniyə əqrəbinin hərəkətini izləyin və eyni zamanda beyninizdə saymağa başlayın: 2,4, 6, 8, 10, 8, 6, 4, 2, 4, 6, və s. Diqqətinizi bu iki vəzifə arasında bölün. Kənar bir şey haqqında düşünməyə başladıqda və ya sayı itirdikdə, hər şeyi yenidən başlayın. Bu məşqi iki dəqiqə ərzində yerinə yetirin, get-gedə məşqin müddətini artıra bilərsiniz.

  

Son xəbərlər
 ⁠
Digər xəbərlər