8 C
Baku
Thursday, January 8, 2026

“Discord” rəsmi olaraq IPO üçün müraciət edib

“Discord” şirkəti IPO (ilkin kütləvi təklif) keçirmək üçün sənədləri təqdim edib. Bu barədə mənbələrə istinadən “Bloomberg” yazır. Beləliklə, vençur kapitalı tərəfindən dəstəklənən və birjaya çıxmağa hazırlaşan texnoloji şirkətlərin siyahısı genişlənir. Şirkətin dekabr ayında yaydığı açıqlamaya görə, geymerlər və tərtibatçılar arasında populyar olan “Discord” platformasının ayda 200 milyondan çox aktiv istifadəçisi var.

Potensial IPO ABŞ-də ilkin kütləvi təkliflər bazarının canlanması fonunda texnoloji yerləşdirmələrin yeni dalğasının bir hissəsi ola bilər. “Bloomberg”in məlumatına görə, ötən il ABŞ birjalarında keçirilən texnoloji IPO-lar 15,6 milyard dollar vəsait cəlb edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfədən çoxdur.

“Discord” səsli və videoəlaqə, eləcə də mətn çatları təqdim edir. Platformanın əsas versiyası pulsuzdur, ödənişli “Nitro” abunəliyi isə genişləndirilmiş striminq və fərdiləşdirmə imkanları yaradır. Xidmət ilkin olaraq geymerlər üçün yaradılsa da, istifadəçilər bitboksdan və investisiyalardan tutmuş ictimai radioya qədər müxtəlif mövzulara həsr olunmuş serverlər formalaşdırıblar.

“Discord” nümayəndəsinin sözlərinə görə, 2021-ci ildə keçirilən maliyyələşmə raundu zamanı şirkət təxminən 15 milyard dollar dəyərində qiymətləndirilib. Elə həmin il çat platforması “Microsoft”un 12 milyard dollarlıq satınalma təklifini rədd edib.

“Discord” həmçinin platformada uşaqların qorunması ilə bağlı məsələlərə görə ABŞ-nin ayrı-ayrı ştatlarının hakimiyyət orqanlarının təzyiqi altındadır. Şirkət əməkdaşlarının təxminən 15%-i təhlükəsizlik sahəsində çalışır. Bu istiqamətə qadağan olunmuş məzmunun aşkar edilməsi və silinməsi üçün maşın öyrənməsinin tətbiqi, eləcə də platforma qaydalarına əməl olunmasına kömək edən icma moderatorları üçün alətlər daxildir.

Son xəbərlər
Digər xəbərlər