13 C
Baku
Wednesday, May 8, 2024

“Disney” işçi sayını azaltmağı planlaşdırır

“Disney”in baş direktoru Bob Çapek şirkətin top-menecerlərinə məktub göndərib və orada xərcləri azaldacağını, yeni işçilərin işə götürülməsini müvəqqəti dayandıracağını və işçilərin ixtisarına başlayacağını deyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“CNBC” kanalı tərəfindən dərc olunan məktubda cənab Çapek xərclərin azaldılması çərçivəsində əsas qərarları qəbul edəcək xüsusi komissiyanın yaradıldığını elan edib. Komissiyaya cənab Çapek özü, həmçinin şirkətin maliyyə direktoru Kristin Makkarti və baş hüquq məsləhətçisi Orasio Qutyerres daxil olacaq.

Xərcləri və personalı azaltmaq qərarı üçüncü rüb üçün uğursuz maliyyə hesabatından sonra “Disney” rəhbərliyi tərəfindən qəbul edilib. “Disney+” striminq xidmətinin abunəçilərinin sayının 12 milyon nəfər artmasına baxmayaraq, şirkətin gəliri və xalis gəliri analitiklərin proqnozlarından xeyli pis olub. Bundan əlavə, “Disney+” özü rübü təxminən 1.5 milyard dollar itki ilə başa vurub ki, bu da bir il əvvəlki göstəricilərdən iki dəfə çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər