9 C
Baku
Friday, December 13, 2024

“Disney” işçilərini ixtisar etməyə hazırlaşır

Son aylarda “Amazon”dan “Google”a, “Meta”dan “Microsoft”a kimi onlarla nəhəng şirkət xərcləri azaltmaq adı ilə minlərlə işçisini işdən çıxarıb.

Sektordakı bu pis dövr davam edərkən, bu yaxınlarda dünyanın ən böyük media və əyləncə şirkətlərindən biri olan “Disney”dən də belə bir addım atılacağı və 7000 nəfərin işdən çıxarılacağı açıqlandı.

Şirkətin CEO-su Bob Ayger bu həftə işçilərinə göndərdiyi qeyddə işçi qüvvəsinin ixtisara başlayacağını açıqlayıb.

İşdən çıxarmaların birinci mərhələsi bu həftə başlayacaq. B.Ayger aprel ayında ikinci, daha böyük ixtisarın və yayın əvvəlində üçüncü ixtisarın olacağını açıqladı.

Şirkətin təxminən 220.000 işçisi var və onlardan 166.000-i ABŞ-da işləyir. İşdən çıxarılmalar, şirkətin direktorlar şurası Bob Çapeki lider vəzifəsindən kənarlaşdırdıqdan sonra, noyabr ayında Bob İgerin “Disney”ə ikinci qayıdışı ilə başlayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər