Bu gün bir çox Avropa ölkələri dizel mühərrikli avtomobillərin istifadəsinə məhdudiyyətlər qoyur və 2025-ci ildə Avropa ölkələrində bu cür avtomobillərin istifadəsi tam məhdudlaşdırılacaq. Bir çox hallarda bu cür dizel mühərrikli avtomobillər Azərbaycan və bir çox ölkələrə gətirilir.
Bununla bağlı müsahibə verən Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabovın bununla bağlı hökumətə hər hansı təklifi olmadğını cavablandırı.
“Əksər Avropa ölkələrinin dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırması və ya imtina etməsi fonunda onların ucuz qiymətə alınaraq ölkəmizə gətirilməsi halları artmaqda davam edir. Qeyd edək ki, Avropa ölkələrində dizel yanacağı ilə işləyən avtomobillərin istismarı 2025-2026-cı illərə qədər olan müddətə nəzərdə tutulur. Bu baxımdan ölkəmizdə istifadəsi ekoloji cəhətdən mənfi fəsadlara səbəb olan dizel yanacağı ilə işləyən minik avtomobillərinin gələcək dövrlərdə idxalına marağın azaldılması məqsədilə aidiyyəti qurumlarla müzakirələr zamanı müvafiq təkliflər təqdim olunacaq”, deyə o bildirib.
Report