Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əmək müqaviləsi bildirişi altsisteminin təkmilləşdirilməsi üçün şirkət cəlb edir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 200 manatdır.
Tenderdə zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərdən tender təklifləri 2019-cu il 4 noyabr saat 15:00-dək qəbul olunur. Paketlər həmçinin noyabrın 4-də saat 16:00-da açılacaq.