13 C
Baku
Thursday, April 18, 2024

“Dogecoin” Maskın “Twitter”i alması fonunda 26% bahalaşıb

“Dogecoin”in qiyməti 25 aprel İlon Mask “Twitter”i alandan sonra kəskin bahalaşıb. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, mem-kriptovalyutanın dəyəri demək olar ki, 27% artıb.

“Coindesk”in məlumatına görə, ticarət sessiyasının zirvəsində “Dogecoin”in qiyməti 0.17 dollar olub. Qeyd edək ki, bu kriptovalyuta 2013-cü ildə zarafata yaradılıb, simvolu isə siba-inu itidir.

Mask özü tokenə sərmayə qoyduğunu gizlətmir. O, “Tesla”nın saytında məhsulları “Dogecoin” vasitəsilə almağa icazə verib. Lakin buna baxmayaraq, 2021-ci ildə sahibkar kriptovalyutalara sərmayə etdikdə “ehtiyatlı” olmağı tövsiyə edib.

“Tesla” bitkoinin ən böyük alıcılarından biridir. İnvestor ümid edir ki, Twitter kriptovalyutası əməliyyatları üçün daha çox funksiyaları birləşdirəcək. “CNBC” qeyd edir ki, kriptovalyutaların və blokçeyn texnologiyalarının müstəqil təbiəti Maskın senzurasız söz azadlığına dair baxışlarına uyğundur.

Son xəbərlər
Digər xəbərlər