18 C
Baku
Thursday, April 25, 2024

Doğmalarınızı sevindirəcək ən yaxşı Yeni İl hədiyyə seçimləri – TOP 5

®Şəhərin küçələri şux işıqlarla bəzədilib, evlərdə şam ağacları qurulub, bayram tətilini necə dəyərləndirmək haqda söhbətlərin ardı-arası kəsilmir. Bu isə o deməkdir hamının sevdiyi, həvəslə gözlədiyi o bayram-Yeni il yaxınlaşır.

Bayrama sayılı günlər qaldığı bir vaxtda insanlar o mağaza sənin, bu mağaza mənim deyib hədiyyə axtarışına çıxıblar. Orjinal hədiyyə axtarışında olan kim, ənənəvi olaraq şokolad, fincan, içki kimi hədiyyələrə üz tutan kim. Biz isə sizin üçün həm maraqlı, həm də ən faydalılarını bir araya gətirmişik.

Elə isə ən yaxşı TOP 5-i qarşılayın:

  1. iPHONE 13: Hər il olduğu kimi, bu Yeni ildə də çoxlarının TOP ulduzu  iPhone olacaq. Model funksionallığı ilə yanaşı bayrama özəl endirimli qiyməti ilə də diqqət çəkir. Cibinizə qənaət edərək iPhone 13-ü alıb ona bayramda sənət əsəri kimi şəkillər hədiyyə edə bilərsiniz.
  2. Tefal qəhvəbişirən: Boşuna deməyiblər ki, bir fincan qəhvənin 40 il xətri var. Siz yaxın bildiyiniz insanlara bayramda qəhvə yox qəhvəbişirən hədiyyə etməklə özünüzü nəinki illərlə, hətta ömürlük yaddaşlara həkk etdirə bilərsiniz. Eyni anda 4 fincan qəhvə hazırlaya bilən Tefalın köpüklüm modeli Yeni ildə sehirli anların qoxusunu bütün evə yayacaq. Ailənizin istənilən üzvü, qəhvə sevən dostunuz və ya ürəyinizi fəth edən özəl şəxslər üçün unikal seçimdir deyə bilərik.  
  3. Xiaomi smart saat: İndi bəhs edəcəyimiz hədiyyə həm kişi, həm də qadınlara rahatlıqla hədiyyə edilə biləcək ağıllı saatdır. İstər iOS, istər Android cihazlarla istifadə edilən Xiaomi smart saatı  addımölçən, yuxu analizi, ürək ritmi və qanda oksigen səviyyəsini göstərmə qabiliyyətinə malikdir. Doğmalarınızın qayğısına qalmaq üçün bundan yaxşı düşünülmüş Yeni il hədiyyəsi? 
  4.  Philips Fen-daraq dəsti: Həyatınızdakı və ətrafınızdakı istənilən xanım üçün mükəmməl Yeni il hədiyyəsidir. 1000 Vt gücü olan Philips Fen-daraq dəstinə saç düzləşdirici, saça dalğalı forma vermək üçün 38 mm-lik termofırça, buruqlar üçün xüsusi fırça və saça köklərdən həcm verən başlıq daxildir. Bayramda sevdiyiniz insanlara ipək kimi yumşaqlıq hədiyyə edin.
  5. Elektrik skuter: Təkcə gənclər üçün deyil, gənclik enerjisini qoruyub saxlayan və həyatdan zövq alan şəxslərə gözüyumulu bağışlanacaq hədiyyədir. 25 km/s sürəti olan bu skuter Yeni ildə fərqli təcrübə və həyəcan vəd edir. Çox sözə gərək yoxdur. Əyləncəni yaxınlarınızın ayağına gətirmək üçün bu hədiyyəni seçin.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsində hazırda Yeni ilə özəl nağd alışda 50%-dək endirimlər, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsizkomissiyasız kampaniya davam edir. 

Bundan başqa “Kontakt”da yanvarın 15-ə kimi elə kampaniya var ki, zər atıb verdiyiniz məhsul dəyərinin düz 10 QATINI geri ala bilərsiniz. Odur ki, Yeni il hədiyyənizi “Kontakt”dan alın, həm öz cibinizi, həm də yaxınlarınızı doyunca sevindirin. Şəbəkə qarşıdan gələn Yeni il bayramınızı təbrik edir! 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər