12 C
Baku
Wednesday, December 11, 2024

Dollar əsas valyutalara qarşı bahalaşır

BANKER.AZ , Saat: 17:35 — Dollar həftənin çərşənbə günü xüsusi ilə əsas rəqib valyuta olan avro qarşısında yüksəlib. İnvestorlar ABŞ qarşısında Avropanın epidemiyadan çıxmasından narahatdır.

Amerika dolları 6 əsas ticarət tərəfdaşının valyuta səbəti qarşısında 0.212 bənd, yəni, 0.23% artmaqla 91.237 bəndə yüksəlib. Bu da iki ayın maksimumudur.

EUR/USD valyuta cütlüyü dekabrdan bu tərəfə ən zəif göstərici ilə 1.2021 səviyyəsinə düşüb ki, bu da 0.23% itki deməkdir. USD/JPY cütlüyü 0.05% artımla 105.046, GBP/USD cütlüyü 0.26% enişlə 1.3628 səviyyəsində olub.

Bu həftənin Çərşənbə axşamı Avrozonada ÜDM göstəricilərinə görə, 19 ölkənin ÜDM-sində aylıq 0.7% və illik bazada 5.1% ressesiya olduğu məlum olub.

Bununla da ilk göstəricilərlə Aİ-nin karantinlərlə ilk rübdə iqtisadiyyatının yeni və daha dərin resessiya ilə irəlilədiyi təxminini ortaya qoyur.

Avrozonada inflyasiya proqnozlaşdırılandan çox artıb. İstehlak qiymətləri indeksinin yanvar ayında illik müqayisədə 0.5% artması ehtimal edilsə də, 0.9% yüksəlib.

ABŞ son rübdə illik 4.0%, artım edib və çərşənbə axşamı Konqresdə prezident Baydenin 1.9 trln. Dollarlıq təşviq paketinin reallaşdırılması məsələsində ilk addımlar atıldı. Bayden stimullaşdırma ilə bağlı planlarını reallaşdırmaq üçün hərəkətə keçdiyini və hətta siyasi rəqibləri – Respublikaçılardan bununla bağlı dəstək almadığı təqdirdə də buna çalışacağını bildirib.

Həftənin əvvəlində Konqresin Büdcə İdarəsi ABŞ iqtisadiyyatının “sürətli” toparlanacağını proqnozlaşdırmış və ÜDM-nin 2021-ci ilin ilk yarısına qədər pandemiyadan öncəki göstəriciləri ilə bərabərləşdiriləcəyi təxmin edir.

Prezident Baydenin Administrasiyası əhalinin peyvəndinin dərəcəsinin bir siyasi hala gətirib. Hazırda 33 milyon peyvənd edilib. Bu məsələdə Avropada yalnız Birləşmiş Krallıq yarışa bilən göstəriciyə sahibdir. Qalan Avropa ölkələrinin çoxu peyvənd məsələsində çətinlik çəkməkdədir.

Son xəbərlər
Digər xəbərlər