7 C
Baku
Sunday, December 15, 2024

“Dollar əvəzinə milli valyutalardan istifadə etməliyik”

“Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik. Biz hərəkata üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişafına önəm veririk”.

Bunu İran İslam Məşvərət Assambleyasının vitse-spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, Hərəkat elə imkanlar yaratmalıdır ki, hegemon dövlətlər buraya müdaxilə edə bilməsinlər:

“Biz ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməliyik”, – deyə o əlavə edib.

Vitse-spiker Hərəkat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyinə də diqqət çəkib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər