25 C
Baku
Wednesday, July 16, 2025

Dollar artıq təhlükəsiz liman deyil, risk mənbəyidir – Niyə analitiklər belə düşünür?

Son həftələrdə ABŞ dollarının volatilliyi sabitləşsə də, “Goldman Sachs” bankının analitikləri onun yenidən “daha riskli” valyuta kimi ticarət olunmağa başlaya biləcəyi barədə bir sıra əsaslı səbəblər görürlər.

Banker.az xəbər verir ki, bankın analitikləri Karen Raykgott Fişman və Lexi Kanter yüksək səviyyəli siyasət qeyri-müəyyənliyini – o cümlədən ticarət tarifləri və Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı suallar, fiskal narahatlıqlar və ABŞ aktivlərindən diversifikasiya prosesini bu risklər arasında sadalayırlar.

2025-ci ildə ABŞ prezidenti Donald Trampın qlobal ticarət tərəfdaşlarına qarşı sərt rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələrindən sonra dolların ciddi ucuzlaşması baş verib və bu, onun təhlükəsiz liman statusunu daimi itirəcəyi ilə bağlı fərziyyələrə səbəb olub. “Goldman Sach” analitikləri bu dəyişikliyin baş verəcəyini proqnozlaşdırmasalar da, yaxın dövr üçün vəziyyətin dəyişkən qalacağını qeyd edirlər.

“Korrelasiyaların dəyişməsi nəticəsində ‘riskdən qaçma’ dövrlərində dolların möhkəmlənməsi daha az etibarlı nəticə halına gəlib,” – deyə iyulun 9-da dərc olunan bank analtiklərinin qeydində bildirilir.

0099
Hedcləmə xərcləri dolların zəifləməsi fonunda artır. Bloomberg

Bəzi göstəricilərə görə, dollar son həftələrdə sabitləşsə də, hələ də riskli aktiv kimi davranmağa davam edir. “Bloomberg”in topladığı məlumatlara əsasən, dollarla G-10 ölkələrinin (ən iri 10 iqtisadiyyat) volatillik indeksləri arasındakı korrelyasiya son yeddi ilin ən aşağı səviyyəsinə yaxınlaşıb.

Bu isə dolların artıq təhlükəsiz liman deyil, volatillik mənbəyi kimi davrandığını göstərir. Son 15 ilin böyük hissəsində bu korrelyasiya sabit müsbət idi. Bu dəyişiklik, həmçinin dolların zəiflədiyi dövrlərdə hedcinq xərclərinin azalması barədə uzun müddətli bazar inamını da sual altına qoyur.

Strateqlər hesab edir ki, dollar üçün uzunmüddətli perspektiv bir neçə səbəbə görə mənfidir: qlobal ticarətin azalması, de-dollarizasiya və hedcinq nisbətlərinin yenidən tənzimlənməsi. Lakin o, artıq kifayət qədər ucuzlaşıb və bazarlar nadir hallarda son nəticəyə düz xətt üzrə gedir.

“Qısamüddətli sıçrayış gözləniləndir”- deyə, “Markets Live”dən olan strateq Simon Uayt bildirib.

“Goldman Sachs” analitiklərinin fikrincə, 2025-ci ildə müşahidə olunan ən “diqqətçəkici” hadisələrdən biri dolların ABŞ səhmləri ilə paralel şəkildə satışa məruz qalma meylinin artması olub. Onların qeyd etdiyinə görə, bu dinamika cari ilin əvvəlindən bəri son 10 ilin orta göstəricisi ilə müqayisədə iki dəfədən artıq qeydə alınıb.

Həmçinin, qeyddə bildirilir ki, ABŞ aktivlərinə marağın azaldığını göstərən daha narahatedici əlamət – yəni səhmlər, dövlət istiqrazları və dolların eyni vaxtda dəyər itirməsi – 2025-ci ildə daha çox müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər