12 C
Baku
Saturday, November 23, 2024

Dollar bu həftə əsas iqtisadiyyatların valyutasına qarşı xeyli ucuzlaşıb – SİYAHI

“Super dollar” erası yavaş-yavaş bitmək üzrədir. Belə ki, ABŞ-dan gələn iqtisadi göstəricilər, maliyyə sahəsindəki hadisələr iqtisadçıların FED-in faiz artımlarında əyləcə basacağı ehtimalını artırıb.

Banker.az olaraq son həftədə valyutaların dollara qarşı bahalaşmasını araşdırdıq.

ABŞ-da FED-in faiz artımlarını son bir ildə 0.25%-dən 5.00%-ə qaldırmasından sonra iqtisadiyyatda bir sıra geriləmələr müşahidə edilməkdədir. Əsasən də investorlara görə, ABŞ-da bağlanan iki bankdan sonra requlyatorun monetar sərtləşdirmədə bir qədər pauza potensiallarını ortaya qoyub. FED-in son iclasının protokolları isə iclasın daha müzakirəli və tərüddüdlər içində keçdiyinə işarədir. Çikaqodan olan FED rəhbərinin son açıqlamalarında “ehtiyatlı olmalıyıq” siqnalı daha çox ciddiyə alındı.

Cari həftədə məlum oldu ki, mart ayında inflyasiya 6%-dən 5%-ə qədər azalıb və bu da bazar tərəfindən gözlənilməz bir statistikadır. Bazar daha çox 5.2%-ə düşəcəyi ehtimallarını irəli sürürdü. Lakin istənilən halda 5%-lik inflyasiya FED-in hədəf çərçivəsindən hələ ki, uzaqdır. Bazar hazırda FED-in may iclasında maksimalist yanaşma ilə 0.25% və ya pauza verəcəyini proqnoz edir.

Bu xəbər ardından dolların məzənnəsi xeyli zəiflədi. Altı əsas valyuta səbəti qarşısında ölçülən indeksi həftə ərzində 1.19% geriləməklə 100.54 bəndə düşüb.

Əsas rəqibi olan avronun məzənnəsi dollar qarşısında son bir həftədə 1.57%, aylıq isə 4.66% bahalaşmaqla 1.1050 müqavimət səviyyəsini qırdı. Hansı ki, bu səviyyə cari ilin yanvarında bir dəfə test edilmişdi.

Valyutalardan ən çox dollara qarşı bahalaşan Brazilya realı (2.51%), Polşa zlotısı (2.16%) və İsveçrə frankı (1.92%) oldu. İsveçrə frankı əsas valyutalardan dollara qarşı ən çox bahalaşan valyutadır.

Dolların indeksini formalaşdıran digər – İngilis funt-sterlinqi  həftə ərzində 1.01% artımla 1.2537 səviyyəsinə qalxarkən, Kanada dolları 1.34% artımla 1.3323 səviyyəsinə, yapon yeni 0.20% artımla 132.46 səviyyəsinə, İsveç kronu 1.86% bahalaşaraq 10.2601 səviyyəsinə düşüb.

Riskə həssas Avstraliya dolları həftəlik 1.65% artımla 0.6777 səviyyəsinə və Yeni Zelandiya dolları 1.04% artımla 0.6306 səviyyəsinə yüksəldi.

İqtisadi problemlə üzləşən bəzi inkişaf etməkdə olan ölkələrin valyutaları bu trenddən yenə də uzaqda qaldılar. Argentina pesosu dollara qarşı 1.64% ucuzlaşma ilə 214.675 peso səviyyəsinə, türk lirəsi isə 0.53% uculaşma ilə 19.35 lirə kimi tarixi minimumlarını yeniləmiş oldular.

Adı Kod Məzənnə Həftəlik Aylıq İlin əvvəlindən
Braziliya realı USD/BRL 4.9279 -2.51% -6.81% -6.77%
Polşa zlotısı USD/PLN 4.1889 -2.16% -5.75% -4.32%
İsveçrə frankı USD/CHF 0.8878 -1.92% -4.86% -3.97%
İsveç kronu* USD/SEK 10.2601 -1.86% -3.05% -1.41%
Avstraliya dolları AUD/USD 0.6777 1.65% 2.46% -0.51%
Norveç kronu USD/NOK 10.2879 -1.65% -4.37% 5.02%
Macarıstan forinti USD/HUF 337.64 -1.65% -9.97% -9.52%
Çex kronu USD/CZK 21.025 -1.64% -7.49% -6.78%
İndoneziya rupisi USD/IDR 14667.5 -1.63% -4.51% -5.77%
Avro* EUR/USD 1.1066 1.57% 4.66% 3.42%
Danimarka kronu USD/DKK 6.7332 -1.44% -4.32% -3.07%
Kanada dolları* USD/CAD 1.3323 -1.34% -3.20% -1.65%
Koreya vonu USD/KRW 1298.97 -1.30% -1.05% 3.04%
Yeni Zelandiya dolları NZD/USD 0.6306 1.04% 2.02% -0.61%
İngilis funtu* GBP/USD 1.2537 1.01% 3.92% 3.65%
Cənubi Afrika randı USD/ZAR 18.0282 -0.91% -2.10% 6.02%
Sinqapur dolları USD/SGD 1.3252 -0.50% -1.95% -1.09%
Çin yuanı USD/CNY 6.8394 -0.42% -0.97% -0.84%
Hindistan rupisi USD/INR 81.599 -0.32% -1.54% -1.35%
Meksika pesosu USD/MXN 18.0644 -0.29% -4.72% -7.25%
Malayziya rinqqiti USD/MYR 4.3900 -0.25% -2.01% -0.23%
Honkonq dolları USD/HKD 7.8499 0.01% 0.01% 0.52%
Tayvan dolları USD/TWD 30.409 0.04% -0.60% -0.56%
Yapon yeni* USD/JPY 132.46 0.20% -0.75% 0.98%
Rus rublu USD/RUB 81.4185 0.30% 7.08% 16.41%
Gürcü larisi USD/GEL 2.5025 0.30% -1.86% -7.31%
Türk lirəsi USD/TRY 19.3548 0.53% 1.91% 3.55%
İsrail şekeli USD/ILS 3.6420 1.00% 0.54% 3.67%
Qazax təngəsi USD/KZT 451.65 1.30% -2.79% -2.53%
Argentina pesosu USD/ARS 214.675 1.64% 5.98% 21.46%
ABŞ dollarının indeksi DXY 100.54 -1.19% -3.59% -2.65%

 

Son xəbərlər
Digər xəbərlər