16 C
Baku
Thursday, April 24, 2025

Dollar daha da ucuzlaşacaq – “Goldman Sachs”dan deyirlər ki, “bu hələ başlanğıcıdır”

ABŞ-ın tarif siyasətindəki qeyri-müəyyənlik və resessiya qorxusu səbəbindən dolların ucuzlaşması davam edəcək və hələ çox enəcək.

Banker.az xəbər verir ki, bunu “Goldman Sachs”in baş iqtisadçısı Yan Hatsiusa Financial Times-a bildirib.

Dollar aprel ayında artıq 4.5%-dən çox dəyər itirib və bu, 2022-ci ilin sonundan bəri ən böyük aylıq ucuzlaşmadır. İnvestorlar ABŞ aktivlərindən imtina etdikcə, dünyanın aparıcı ehtiyat valyutası olan dollarla bağlı “inam böhranı” mövzusunda müzakirələr artır. 2025-ci ildə dollar əsas valyutalar səbətinə qarşı 8% ucuzlaşıb.

FT-dakı yazdığı məqalədə Hatsiusa görə, dolların zəifləməsi – xüsusilə tariflərin inflyasiyanı artırdığı bir vaxtda – qiymət təzyiqlərini daha da gücləndirəcək.

Lakin zəif dollar ixracı daha ucuz edərək ABŞ-ın ticarət kəsirinin azaldılmasına və iqtisadiyyatı tənəzzüldən qorumağa kömək edə bilər. Amma Hatzius qeyd edir ki, dolların ucuzlaşmasının səbəbi çox önəmlidir – əgər bu, ABŞ aktivlərinə marağın azalmasından qaynaqlanırsa, zəif dolların müsbət təsiri maliyyə şərtlərində o qədər də hiss olunmaya bilər.

“Mən tez-tez dollarla bağlı suallardan yayınmağa çalışıram. Akademik ədəbiyyat və şəxsi proqnozlaşdırma təcrübəm mənə öyrədib ki, valyuta məzənnələrini proqnozlaşdırmaq iqtisadi artım, inflyasiya və faiz dərəcələrini proqnozlaşdırmaqdan da çətindir,” – deyə Hatzius-dən sitat gətirlir.

“Amma bütün təvazökarlıqla qeyd edirəm ki, dolların son 5%-lik ucuzlaşmasının davamı gələcək və bu, hələ başlanğıcdır.”

Hatzius qeyd edir ki, dolların indiki qiymətləndirməsinə bənzər iki tarixi dövr – 1980-ci illərin ortaları və 2000-ci illərin əvvəlləri – hər ikisi 25–30%-lik ucuzlaşma ilə nəticələnib.

580361 2ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən indeksi – DXY

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ABŞ-dan kənar investorlar 22 trilyon dollar dəyərində ABŞ aktivlərinə sahibdir. Hatziusa görə, bu, onların ümumi portfellərinin təxminən üçdə birinə bərabərdir və bu aktivlərin yarısı səhm bazarındadır – onlar da çox vaxt valyuta riski ilə hedc olunmur.

Hatzius əlavə edir ki, ABŞ-ın 1.1 trilyon dollarlıq cari əməliyyatlar balansı kəsiri hər il bu qədər xalis kapital axını ilə maliyyələşdirilməlidir. Bu isə əsasən xaricilərin ABŞ aktivləri alması hesabına baş verir. Əgər bu alışlar azalsa, dollar üçün mənfi nəticələr qaçılmaz ola bilər.

Əgər ABŞ iqtisadiyyatı rəqiblərini qabaqlamaqda davam etsəydi, bu amillər bu qədər əhəmiyyətli olmazdı. Lakin görünür ki, yaxın gələcəkdə belə bir üstünlük gözlənilmir.

BVF bu həftə bildirib ki, ABŞ-da iqtisadi artım 2024-cü ildəki 2.8%-dən 2025-ci ildə 1.8%-ə düşəcək.

Hatzius qeyd edir ki, dolların zəifləməsini onun qlobal ehtiyat valyuta statusunun itirilməsi ilə qarışdırmaq lazım deyil:

“Əgər ciddi sarsıntılar baş verməsə, düşünürük ki, dolların qlobal mübadilə vasitəsi və dəyər saxlama aləti kimi üstünlükləri digər valyutaların bununla rəqabət aparmasını mümkünsüz edir.”

“Deutsche Bank” isə bildirir ki, dolların cazibəsi azaldıqca, avronun məzənnəsi onilliyin sonuna qədər 1.13-dən 1.30 dollara qədər yüksələ bilər.

Son xəbərlər
Digər xəbərlər