BANKER.AZ — ABŞ-ın valyutası olan dolları əsas valyutalara qarşı yenidən yüksəlib. Lakin üç həftə içində ABŞ iqtisadiyyatının özünə gəlməsi ilə əlaqəli şübhələrlə dəyər itkisi məruz qoyub.
Fevral ayının 2-si ABŞ dollarının indeksi 6 əsas valyuta səbəti qarşısında 91.50 bəndlərin üzərinə qədər getsə də (son iki ayın maksimumu idi), sonradan fevralın 10 da qeyd etdiyimiz şübhələrlə 90.37 bəndlərə qədər ucuzlaşıb.
Dolların indeksi Bakı vaxtı ilə 15:24 radələrinə 0.232 bənd, yəni, 0.26% artımla 90.645 bəndə yüksəlib.
EUR/USD məzənnə cütlüyü 0.0034 dollar enişlə (0.2802%) 1.2099 səviyyəsinə, GBP/USD cütlüyü 0.0033 dollar enişlə (0.236%) 1.3781 səviyyəsinə, AUD/USD cütlüyü 0.0031 dollar enişlə (0.396%) 0.7722 səviyyəsinə, USD/JPY cütlüyü 0.30 yen artımla (0.2864%) 105.05 səviyyəsinə yüksəlib.
Dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar – avro (səbətdə payı 57.6%), yen (13.6%), funt sterlinq (11.9%), Kanada dolları (9.1%), İsveç kronu (4.2%) və İsveçrə frankı (3.6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.
Ötən həftənin son iş günü ABŞ-ın Əmək Departamenti (nazirlik funksiyasını həyata keçirir) açıqladı ki, yanvar ayı ərzində ölkədə 49 min yeni iş yerinin yaranıb, işsizlik ayın əvvəli ilə müqayisədə 0.3 bənd azalmaqla 6.3%-ə düşüb. Bu isə əslində proqnozlaşdırılan rəqəmlərdən aşağıdır olub.
Federal Ehtiyatlar Sisteminin – FED rəhbəri Ceremi Povel həftənin üçüncü iş günü requlyatorun genişləndirilmiş monetar siyasət mövzusunda “səbirli qərarlar” verəcəyini açıqlayıb.
Bütün bunlar dollardakı rallinin ABŞ iqtisadiyyatındakı sürətli yaxşılaşma tempi ilə qiymətləndirildiyi narahatlıqdan doğur.
“HSBC”nin analitikləri bildirirlər ki, iki illik xəzinədarlıq istiqrazlarının rekord dərəcədə aşağı gəlirliliyi, ABŞ-ın əmək bazarında yaranan yeni təhlükələrlə yanaşı, dolların güclənməsi xeyrinə olan arqumentləri zəiflədir.
“ING” analitikləri siyasi durumdakı hər hansı bir dəyişmə yaxın zamanda gözlənilmədiyini bildirir. “ABŞ faizləri dəyişməyəcək”.
Qeyd edək ki, iki illik istiqrazların gəlirliliyi bu həftə 0.1%-dən aşağı yeni bir tarixi minimuma düşüb.