14 C
Baku
Tuesday, April 16, 2024

Dollar Janet Yellen-in çıxışından sonra üç həftənin minimumuna enib

Banker.az rus mətbuatına istinadən xəbər verir ki, dollar ABŞ Federal Ehtiyat sisteminin  (FES) rəhbəri Janet Yellen-in cümə günü Jackson Hole şəhərində iqtisadi simpoziumda çıxışından sonra dünya valyutalarına nəzərən son üç həftənin minimumuna enib.

Cümə günü axşama doğru dolların indeksi 0,57%, yəni 92,74 bal səviyyəsinə enib. Daha əvvəl ticarət dövriyyəsinin əvvəlində göstərici 92,71 səviyyəsinə çatıb ki, bu da 6 avqust tarixindən etibarən ən aşağı göstərici hesab olunur. Bir gün əvvəl isə avronun məzənnəsi dollara nəzərən 1,1800 dollardan 1,1883-ə qədər artmışdı.

Qeyd edək ki, FES rəhbəri Janet Yellen cümə günü Amerikanın Jackson Hole şəhərində illik iqtisadi forumda çıxış edib. Lakin onun nitqində faiz dərəcələrinin növbəti artımına dair heç bir işarə yox idi. The Wall Street Journal nəşri analitiklərin qeydlərinə istinadən bildirib ki, bu investorları məyus edib və dolların dünya valyutalarına nəzərən ucuzlaşmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər