13 C
Baku
Saturday, November 23, 2024

Dollar/lirə 19-a yaxın rekord səviyyəni test edir – Hökumət isə faizlərin endirilməsində israrlı görünür

Türkiyə liderinin ötən gün ölkədə 80 faizlik inflyasiyaya rəğmən monetar siyasətin yumşalmasına yönülük qərarların davam edəcəyini açıqlaması lirəni yeni tarixi minimuma endirib.

Banker.az xəbər verir ki, dollar/lirə cütlüyünün məzənnəsi 18.75 səviyyəsini test etdikdən sonra 18.5434 səviyyəsinə düşüb, lakin bu sessiya ərzində 0.22% artımdır.

Ölkədə makroiqtisadi təsirdən qaynaqlanan qiymət artımları təsirindən inflyasiya 80%-ə yüksəlib. Əlavə olaraq öncəki illərdəki olduğu kimi valyuta ehtiyatlarının məhdud olması Türkiyə Mərkəzi Bankını bazara intervensiya etməyə imkan vermir.

Digər tərəfdən “faiz artıranlarlar klubu” dayanmadan hər iclasda 75 baza bəndlik artım edirlər. FED uçot faiz dərəcəsini 2024-cü ilə qədər yüksəldəcəyi, yalnız bu müddətdən sonra əyləcə basacağı gözlənilir. ABŞ dollarının 6 valyuta qarşısında formalaşan indeksi – DXY 115 bəndə qədər artıb. Belə olan halda inkişaf etməkdə olan və xam mal idxalından asıllığı olan Türkiyə kimi ölkələr üçün müvafiq lüks olmadığı üçün eyni artıma gedə bilmir və nəticədə valyutaları ucuzlaşır.

tvc bf397c3b44f98d6170315cb3039518de

Üstəlik TCMB son iki iclasda ard-arda hər birində 100 baza bəndi uçot faiz dərəcəsini, yaxud özlərinin dediyi kimi bir həftəlik repo əməliyyatları üzrə dərəcəni endiməklə 12%-ə düşürdüb.

Lirə hazırda dünya birjaları içində ilin əvvəlindən ən çox dəyə itirən valyutadır. O ilin əvvəlindən 39.23%, son bir ildə isə 2 dəfədən çox devalvasiya edib.

Ərdoğan ötən günkü çıxışında deyib ki, bundan sonra faizdə artım olmayacaq, əksinə faiz daha da azalacaq.

“Ümid edirəm ki, Mərkəzi Bankın növbəti iclasında faiz daha da aşağı salınacaq”.

Növbəti ildə ölkədə inflyasiya cari ildəki kimi olacağ onsuz da gözlənilən deyil, lakin hökumət onsuz da yüksələn qiymət artımlarına qarşı faiz artımı kimi alətdən istifadə etmək istəmir. Ölkə rəsmləri belə düşünür ki, faiz artımı onsuz da milli valyutanı bir yerə qədər sabit saxlaya bilir. Əvəzində ölkə iqtisadiyyatı boğula və investisiya cəlbi zəifləyə bilər.

Ərdoğan da çıxışnda qedy edir ki, ilin sonuna kimi faiz dərəcəsini bir az da aşağı salmaqla birrəqəmli ədədə endirməldirlər.

Hətta “Mərkəzi Bankın gücünü itirməsini gözləyənlər bağışlasınlar, ovuclarını yalamağa davam edəcəklər”- deyə, sərt çıxış edib.

Son xəbərlər
Digər xəbərlər