Dünya birjalarında neftin qiyməti dolların güclənmə şəraitində yenidən ucuzlaşmağa başlasa da, qiymətlər qismən bərpa oluna bilib.
Neftin qiyməti son iki günlük rallidə əsas stimul ABŞ-da keçən hava şəraitinin daha soyuq keçməsi, neft hasilatı ilə bağlı gələcəkdə bərpa olunma yolunda olan iqtisadiyyata çatdıra bilməməsi səbəbindən yarana biləcək təchizat defisiti ehtimalı və dolların əsas 6 valyuta qarşısında zəifləməsi idi.
Hazırda isə dolların indeksi “sıçrayışla” 90.625 bəndlərə yüksəlib, bu da günlük 0.122 bənd (0.13%) yüksəlib.
Brent markalı xam neftin aprel fyuçersləri üzrə bir barreli səhər saatlarında 0.6% enişlə $62.95 düşsə də, hazırkı saatlarda (09:00) $63.42 ticarət olunmaqdadır.
WTI markalı xam neftin mart fyuçerslərində bir barreli səhər saatlarında $59.72-lərə düşsə də, sonrakı saatlarda qismən bərpa ilə $60.03 olub.