9 C
Baku
Thursday, December 12, 2024

Dollar qalxır, davam edəcək – Analitiklər müvəqqətidir deyir

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini bu il bir neçə mərhələdə artıracağı ilə bağlı gözləntilər fonunda qlobal maliyyə bazarlarında dollar dünyanın digər aparıcı valyutaları qarşısında bahalaşmaqdadır.

Valyuta birjalarında avro və ingilis funt sterlinqi son 5 ayın, yapon yeni isə son 4 ayın minimumuna qədər ucuzlaşıb.

Əmtəə birjalarında isə qiyməti dolların məzənnəsinə bağlı olan qızıl son 3 ay üzrə minimal səviyyəyə qədər dəyər itirib.

“Amerika valyutasının dəyər qazanmasını Prezident Donald Trampın siyasətdən daha çox ticarətə yaxın olması ilə izah etmək olar. Bununla belə, dünyanın qlobal iqtisadi inkişafını nəzərə alsaq, dolları bahalaşdıran təkcə, bu, deyil. Söhbət ümumilikdə Avropa ölkələrinin və Yaponiyanın iqtisadiyyatındakı durğunluqdan, kapital bazarlarının “doyması”ndan gedir. Bu tendensiyanın nə vaxtsa ABŞ-da da müşahidə ediləcəyi, dolların məzənnəsinin zəifləyəcəyi istisna deyil. Bu baş, versə, digər valyutaların dollara qarşı məzənnəsi vahid dəhliz üzrə üfüqi dəyişə bilər. Texniki analizlə valyuta məzənnələrinə nəzər salsaq, növbəti həftələrdə USD/EUR nisbəti 1,17, USD/GBP nisbəti 1,33, JPY/USD nisbəti 112-113 ola, qızıl isə 1 284 dollara qədər ucuzlaşa bilər.”  deyə Report-un analitik qrupu bildirir.

Dollar kəskin ucuzlaşması baş verərsə, USD/EUR nisbəti 1,39, USD/GBP nisbəti 1,56-1,57, JPY/USD nisbəti 92 ola, qızıl isə 1 475 dollara qədər bahalaşa bilər.

Son xəbərlər
Digər xəbərlər