17 C
Baku
Friday, May 10, 2024

Dollar süqut edə bilərmi? Məsələyə makro baxış

Qızılın bir unsiyası üçün 1000 dollar – bu həftənin əhəmiyyətli nöqtəsidir. Dolların qızıla münasibətdə enməsivə bir unsiya (31,1 qr) üçün 1000 dollar kimi psixoloji vacibqeydini keçməsi faktı dünya ehtiyat valyutası kimi ona etibar edilmənin böhranını bildirir.

Qızıl- ilk növbədə puldur, eləcə də 1971-ci ildən mövcud olan və öz sonuna sürətlə yaxınlaşan kağız pulların inflyasiya rejiminin anadangəlmə zəiflik göstəricisidir.Bir çox hadisələr düz və ya dolayı yolla bu müddəanı təsdiqləyir.

Çin və Rusiya tərəfindənfiziki metalın böyük həcmdəalınmasıvə bu ilin yazında Çinin öz qızıl ehtiyatlarının 2003-cü ilə nisbətən 1050 ton artdığı haqda bəyanatı. Çin öz vətəndaşlarını pullarını aktiv surətdə qızıl və gümüşə yatırmağa çağırır.

Almaniyanın Nyu-Yorkda saxlanılan qızıl ehtiyatlarının öz ölkəsinə qaytarılması tələbi və Honkonqun öz qızıl ehtiyatlarını Şanxay fyuçers birjasında istifadə üçün Londondan geri qaytarması.

Dünyanın iri mərkəzi bankları son 20 ildə ilk dəfə olaraq satdıqlarından daha çox qızıl alırlar.

Bəs bu gün qərb maliyyə bazarlarında nədən danışırlar?

Qərb dünyasının xəzinə xarabalıqları

İrlandiya əyani olaraq göstərir ki, Britaniya, Avropa və Amerikanı gözləyir, o səbəbdən ki, büdcə çatışmamazlıqları hərbi dövrün səviyyəsinə çatır.

Britaniyanın məşhur iqtisadi şərhçisi və Daily Telegraph-ın müxbiri Ambrouz Evans Priçard Atlantik okeanın hər iki sahilində oxucular tərəfindən böyük populyarlığa malikdir.Son dövrlərdə Ambrouzun məqalələri bir qədər nikbindir, amma aşağıda göstərildiyi kimi faciəvi notları da sezmək mümkündür:

“Hadisələr artıq İrland naziri Brayan Koueni sivil ölkələr arasında sosial servislərin ən ciddi ixtisarını aparmağa məcbur edib. O , büdcənin ÜDM-un 15%-nə düşməsinin qarşısını almaq üçün iki təcili büdcə qəbul edib. Amma bu yenə də kifayət deyil. Ekspertlər hesab edirlər ki, Dublin borcların axın halında artmaması üçün yenə də ixtisarlar etməlidir.”

Daha 17 000 dövlət işçisi (bu Amerikada 1 250 000 müvafiqdir) ixtisar olunacaq, baxmayaraq ki, işsizlik həddi artıq 12%-ə çatıb və gələn il16%-ə qalxacaq.

Təhsil xərcləri 8% azaldılacaq. Onlarla kənd məktəbləri bağlanacaq və 6900 müəllim işdən çıxarılacaq. “Bu kimi tədbirlər-sosial partlayışa gətirib çıxaracaq təhsil fəlakətidir”- deyə İrlandiya müəllimlərin həmkarlar ittifaqı bildirir.

Heç kimə güzəşt olunmayacaq. Sosial sığortalar üzrə ödənişlər 5%, uşaq müavinətləri 20% azaldılacaq. Polis işçilərinin əmək haqqı artıq 7% azaldılıb və onlar öz formalarını özləri almaq məcburiyyətindədirlər. Xəstəxanada 1 gün qalmaq 107 avroya başa gələcək və s. “Kimsə güzəştə getməlidir”- deyə islahatlar haqqındadövlət məruzəsinin müəllifi professor Makkarti bildirir. “Bizçox baha faizlər altında hər həftə 400 milyon avro borc alırıq”.

Şübhəsiz, İrlandiya öz ehtiyacları üçün çox güclü pul siyasətinin qurbanı olub. Amma vəziyyətin faciəliyi ondadır ki, Britaniya, İspaniya, Fransa, Almaniya, İtaliya, ABŞ və Yaponiya da çox oxşar fiskal apokalipsis vəziyyətindədirlər, onlardan demoqrafik böhran keçirənləri isə daha ölümcül xəstədir. Qərbsaysız-hesabsız pensionerləri və tükənmiş vergi bazasını nəzərə alaraqartıq firavan qızılı dövləti dəstəkləyə bilmir.

Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin sözlərinə görə, Britaniyanın bəxti onda gətirib ki, borc bazarları hələ müstəqil istiqrazların gəlirliliyini şişirtməyiblər, bu faktı nəzərə alaraq ki, Britaniyanın borclarının həcmi artıq ÜDM-un 100%-nə yaxınlaşır, amma hökumət onların qaytarılması qabiliyyətini artırmaqüçün heç bir tədbir görmür. “Həm valyuta, həm də borc bazarları Britaniyaya xeyirxahlıqla baxırlar, lakin bu əbədi sürməyəcək”- deyə BVF-un nümayəndəsi bildirir.

Fransa və İtaliya da müsibət içərisindədirlər.Gələn il İtaliyanın borcu artıq ÜDM-un 120%-nə çatacaq, bu müddətdə Fransanın borcu isə əgər prezident Sarkozi öz “investisiya” proqramını işə salarsa 90%-ə yaxınlaşacaq.

Dövlət qatqıları istehsalın bütün dünya üzrə dağıldığı ötən ilin qışında özünü doğrultmuşdu. Amma bu an artıq keçdi. Bir tərəfdən Avropa və Amerikanı yapon dekadalarının itkisi kimi deflyasiya enişi gözləyir, digər tərəfdən Keynsian orgiyaları daha acınacaqlı nəticələrə gətirib çıxara bilər.

Belə iqtisadi siyasət Yaponiyanı şikəst etdi. İqtisadiyyatın stimulyasiyası proqramları dövrü, məsələn Xokkaydo adasında hara apardığı bilinməyənməşhur körpülərin salınması bu qiyamət gününü daha da fəlakətli edəcək. BVF-nundeməsinə görə 2014-cü ildə Yaponiyanın dövlət borcu ÜDM-un 240%-nə çatacaq, yəni bu əriyən əmək ehtiyatları olanbir millət üçün qayıdışı olmayan bir nöqtədir. Tez və ya gec yapon istiqrazlar bazarı partlayacaq.

Yaponiya ilk səhvini 80-ci illərdə borc kisəsini şişirdərək buraxdı, ikincini isə monetarsturm und drang-ın istifadəsinə 10 il qalmış gözləməlidir.

ABŞ-ın FES-i daha sürətlə irəliləyirdi, lakin artıq düşünürlər ki, onun işi bitmişdir. “Kəmiyyət sıxılması” başlanmışdır. FES-nin balansı pik nöqtəsindən 200 milyard dollar azalmışdır. M2 pul təklifləri durğunluq yaşayır, Fed isə çıxış strategiyası haqda düşünür.

Bu keçən ilin ortalarında olan vəziyyəti xatırlatmırmı? O zaman Fed tarif dərəcəsini azaltması siyasətinə görə (o dövr üçün 2%) tənqid olunurdu. Dallas, Sent-Luis və Atlantanın qırğıları tarif dərəcələrinin qaldırılmasından danışmağa başladılar. Bu bazarlarda sıxılmaya, Liman, AİG, Fanni, Freddi və bütün vicdanlı həmkarlarının iflasına gətirib çıxardı.

FES-nin rəhbər doktrinası-yeni Keynsian sintezi-onu ard-arda pis vəziyyətə qoyurdu və FES-in bunu nəzərə aldığı barədə heç bir sübut yoxdur. AMB isə öz növbəsində verilən fərdi kreditlərin azalmasına barmaqarası baxır. Borcdan şişmiş Qərbə sistematik olaraq ildən-ilə xərcləri azaltmaqla monetar stimullar vasitəsilə deflyasiya effektini yüngülləşdirmək lazımdır. Bu xilas olmanın yeganə yoludur. Amma mən qorxuram ki, biz tam əksinə hərəkət edərik və bu payızda yeni bir böhran yaradaraq xərclərimizi daha da artırarıq. Bu sonu olmayan yoldur.”

Hakim Rakoff Bank of Amerikaya inanmır.

nakedcapitalism bloqundan şərh

(http://www.nakedcapitalism.com/2009/08/judge-rakoff-is-not-buying-what-sec-and.html)

«Dairə hakimi Rakoff Bank of Amerikadan bankın Merill Linç əməkdaşlarına 3.6 milyard dollarlıq bonuslarının ödənilməsi haqda informasiyanın bütün maraqlı tərəflərdən gizlədilmədiyini bilərək, Qiymətli kağızlar üzrə Komissiyasının iddiası əsasında 33 milyon dollar ödəməsinə razılaşmasının səbəblərini izah etməyi tələb edib. Hakim həm də cərimənin məbləğini qeyri-adekvat hesab edib.

Dinləmə zamanı Qiymətli kağızlar üzrə Komissiyanın vəkilləri lazımi peşmanlıq göstərdiyi halda bankın hüquqşünası həyasızcasına demişdir: – “Siz nəyi nəzərdə tutursunuz? Bura Uoll-srtitdir-hamı bilir ki, burada bonuslar ödənilir”…

Hakim Komissiyanın onun şikayətində qaldırılmış “ciddi məsələləri” nəzərə alaraq niyə dəqiq tədqiqatlar aparmadığı haqdadərhal məlumatlandı. Əfər Bank of Amerika və Merill Linçiki şirkətin birləşməsi zamanı aksionerləri aldatmaq üçün cinayət sözləşməsində günahkardırlarsa,Komissiya günahkarları tapmağa niyə cəhd göstərmir? Bonuslar haqda informasiyanı açmamağı kim qərara alıb?

Komissiya hakimə standart cavab verdi: günahkar hüquqşünaslardır.Mən ümid edirəm ki, oxucu bu cavabın necə utanmaz olduğunu başa düşür. Bu tryukdan istənilən şirkət istifadə edə bilər və günahı vəkillərin üstünə ata bilər. Həm də qıcıqlanmış aksionerlər hüquqşünasları məhkəməyə verə bilməzlər. İnanılmaz olsa da bu faktdır ki, bankın soyğun maşınının sükanı arxasında əyləşmiş şəxs, soyğunun iştirakçısıdır, o halda ki,Ali Məhkəmənin 1995-ci il qərarına görə hüquqşünas-məsləhətçilər qiymətli kağızlarla aparılan əməliyyatlarda məsuliyyət daşıya bilməzlər.

Sonra Rakoff niyə KomissiyanınBank of Amerikanın dünya sazişi bağlnana qədər hüquqşünas-müştəri fəaliyyətini dayandırmasında israr etmədiyini soruşur. O, həm də bank menecerlərinin və hüquq məsləhətçilərinin də günahkar olduğunu söyləyir.

Hakim Rakoff eləcə də əlavə etmişdir ki, dinləmələr həll olunasından daha çox məsələlər qaldırdı və cavabdehlərin daha şəffaf izahlar verməli olacağıyeni iclası 9 sentyabra təyin etdi.

Hakim təslim olmur və bunun nə ilə bitəcəyini izləmək çox maraqlıdır.

Dollar nə dərəcədə tez süqut edə bilər?

Rik Akermanın invest-məktubunda diskussiya. (Rick Ackerman), Rick’s Picks. Rik “inflyasiyaçılar deflyasiyaçılara qarşı” debatlarının aktiv iştirakçısıdır. Öz şərhlərində o tez-tez dollar hiperinflyasiyası mövzusunu qaldırır və onu öz oxucuları ilə aktiv müzakirə edir. Rik az saylı deflyasiyaçılardan biridir.

“Son dəfə inflyasiya-deflyasiya debatlarında “qeyri-düzgün” tərəfdən hiperinflyasiya ssenarisi ilə çıxış etdim, bu mənəhəm həqiqətəoxşar, həm də mümkün göründü. Baxmayaraq ki, mən deflyasiyanınonlarla milyon amerikalını iflasa gətirərək baş verəcəyində israr edirəm, mən həm də əminəm ki, hökümət hansısa bir anda hiperinflyasiya mexanizmini işə salacaq. Mən həm də güman edirəm ki, dolların iflası alman markasının 1922-1923-cü illərdəki Veymar hiperinflyasiyasındakı iflasından daha sürətlə baş verəcək. Bu o qədər tez baş verəcək ki, hiperinflyasiya gurultusu bir neçə həftə ərzində başlanıb-bitərək deflyasiyanı bir neçə il qabaqlayacaq.

Məktubumun oxucusu Ed mənimlə razılaşmadı, əsas etibarilə ona görə ki, onun fikrincə tarixdə müstəqil valyutanın ani iflasının presedenti yoxdur. Aşağıda mən onun sübutlarını gətirirəm, sonra isə mənim cavabım və Edin barter barədə maraqlı ideyaları gəlir:

“Hiperinflyasiyanın çox tez bir müddətdə baş verəcəyi fikri mənə uğursuz görünür, çünki, mən tarixdə buna bənzər bir şey tapmadım. Amma, qiymətli metal sahiblərinin ”gəliri nəyə çevirmək” sualı hələ də qalır. Daha sonra artıq gəlirə olan vergi məsələsi qalxa bilər. Buna görə də barter əməliyyatlarının təşkili qızıl və gümüşün xoşbəxt sahibləri üçündaha məntiqəuyğun seçimdir.Barter imkanları bugünkü imkanlarla eyni olacaq, amma bəzi şeylər xarici sosial xaos səbəbilə əlçatmaz ola bilər.

Aşağıda sizin yaşayış yeriniz və əlaqələrinizdən asılı olaraq qiymətli metalları dəyişə biləcəyiniz əşyaların siyahısı göstərilib. Hər bir maddənin nisbi likvidlik, əlverişlilik, qiymətlilik, məzmun dəyərliliyi, sonrakı dəyişmə imkanı və s. ilə əlaqədar öz üstünlük və çatışmamazlıqları var.

1) Torpaq

2) Ərzaq

3) Valyuta

4) Hazır yaşayış və ya kommersiya əmlakı

5) Qiymətli daşlar

6) İncəsənət əşyaları

7) Servislər (detalsız)

8) Digər ehtiyatlar

9) Maşınlar, avadanlıqlar

10) Bizneslər, şirkətlər

11) Aksiyalar

12) İstiqrazlar

Mənim Edə cavabım:

Tarix çox nadir hallarda təkrar olunur. Biz dolların süqutuna nəyin səbəb olacağını tapmağa çalışarkən presedentlərə diqqət yetirmək əhəmiyyətsizdir. Tarix heç zaman elə təkrar olunmur ki, bunu qabaqcadan söyləmək və görmək mümkün olsun. Gözlənilməz dönüşlər həmişə mümkündür və bu halda iflasın sürəti istənilən ssenariyə hazır olduğunu düşünənləri də qəfil yaxalaya bilər. Yaddan çıxarmayın ki, dollar artıq çoxdandır ki, pul yox, qiymətini itirmiş qəbzdən başqa bir şey deyil, bu isə yalnız axşam xəbərlərinin bir buraxılışında asanlıqla qlobal olaraq dəyişə bilən inam və fikirlərlə saxlanılır.

Həm də biz reysmarx və ya Zimbabve dolları haqda deyil, bütün dünyanın qarşılıqlı təsirdə olduğu valyutadan danışırıq. Bu gün xəbərlərin işıq sürəti ilə yayıldığını nəzərə alsaq, doların iflasının sayılı saatlarda baş verə biləcəyini təsəvvür etmək çətin deyil.

Dünya bəlkə də dolların iflasına hazırdır və bununla barışır, amma bəziləri dolların iflasının bir bankın iflasından daha tez baş verə biləcəyini təsəvvür edə bilmir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər