20 C
Baku
Thursday, May 2, 2024

“Dollardan imtina etmək üçün ilk növbədə alternativ pul vahidi tapılmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq əhalini bu valyutadan imtina etməyə çağırıb. Türkiyə prezidenti Rusiya, İran və Çinlə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib.
Ankara həmçinin Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə də danışıqlara başlayıb.

Ərdoğanın müraciəti isə artıq nəticə verib və dollar Türkiyədə ucuzlaşıb.
Ümumiyyətlə, təkcə Türkiyə deyil, bir sıra ölkələrin zaman-zaman bu təkliflə çıxış etdiyini görürük. Bəs, görəsən, dollardan imtina nə qədər realdır? Xüsusilə də əsas gəlir mənbəyi neft və qaz ixracatından asılı olan Azərbaycan üçün.

Suallarını cavablandırandıran iqtisadçi ekspert Elçin Qurbanovun fikrincə, dollardan imtina etmək Azərbaycan üçün bir qədər tezdir, bunun üçün zaman lazımdır.
Ərdoğanın çağırışlarının nəticəsinə gəlincə isə, bu barədə proqnoz verməyə tələsməyən ekspertin fikrincə, çağırışdan sonra dolların Türkiyədə 6% ucuzlaşması heç də əhəmiyyətli nəticənin əldə olunması demək deyil:

“Doğrudur, Türkiyə istehsalçı, eyni zamanda ixracatçı ölkədir. Avropa ilə Asiya arasında bir növ körpü rolunu oynayan mühüm strateji mövqedə yerləşən dənizlər ölkəsidir. Türkiyənin ötən il ÜDM – i 734 milyard, adambaışna düşən ÜDM təxminən 9500 dollar həddində, Azərbaycanda isə adambaşına düşən ÜDM təxminəm 3660 dollar təşkil edir. Neft ixracının ÜDM-də kütləsini və idxalla nisbətini nəzərə alsaq da, adambaşına düşən ÜDM təxminən Türkiyədən üç dəfə azdır. Əgər neft ixracını nəzərə almasaq, bu rəqəm daha da kiçilər.
Neftin əsas alıcısı Avropadır. Ona görə bu prosses mərhələli şəkildə həyata keçirilməlidir. Dünyada ÜDM-ə görə dünyada dördüncü ən böyük iqtisadiyyata malik olan, habelə Avrozona dövlətləri ilə birlikdə dünyanın ikinci ən böyük ixracatcısı olan Almaniya bu məsələ üçün ən dayanıqlı parametrlərə malikdir . Burada adambaşına düşən ÜDM-in yuvarlaq ifadəsi təxminən 40000 Avro təşkil edir. Yuxarıdakılara faktlara əsaslanaraq qeyd etmək istəyirəm ki, antidollar siyasəti həm iqtisadi, həm də siyasi baxımdan Avropa faktoru nəzərə alınaraq, mərhələli şəkildə həyata keçirilməlidir” .

Bununla belə Almaniya ilə münasibətlərin gərginləşdiyinə təəssüflənən E. Qurbanov fikirlərini belə davam etdirdi:

“Xatırlayırsınızsa, Türkiyənin Avropa birliyinə qəbul olunmaması getdikcə münasibətlərin gərginləşməsinə necə səbəb oldu . Suriya məsələsindən də planın tərkib hissəsi kimi istifadə olundu. Hazırda isə Böyük Britaniyanın birlikdən kənarlaşması və ardından başqa ölkələrin tərk etməsi gündəmə gətirilib. ABŞ tərəfindən dolların dominantlığının saxlanmasına görə avronun siyasi dayaqlarını sıradan çıxarma siyasəti uzun müddətdir ki, davam edir. Bu gün isə dırnaqarası uğurlar sezilməkdədir. O ki, qaldı Avrasiya materikində dollardan tamamilə imtina edilməsinə, bu, o qədər də asan məsələ deyil. Mən daha əvvəllər də qeyd etmişəm ki, bunun ən müffəssəl yolu ilk mərhələdə Avropa ilə münasibətlərdən keçir. Məlumdur ki, R. T. Ərdoğan tərəfindən nəinki müraciət olunan ölkələrin, eləcə də bu məsələ üzərində çoxdan var-gəl edən Şanxay təşkilatına üzv olan dövlətlərin avro kimi vahid pul nişanı da yoxdur. Bunun üçün iqtisadi zonaya daxil olan dövlətlərarası ticari münasibətlərinin tənzimlənməsi üçün ekvivalent pul vahidinin olması vacibdir. Avronun həm iqtisadi, həm də siyasi dayaqları digər ölkələrin də mərhələli şəkildə dollardan imtina etməsinə və yeni ümumi valyuta yaranana qədər prossesi gücləndirməsinə şərait yarada bilərdi. Yəni avronun varlığı ilkin mərhələdə yetərli imkanlar yarada bilərdi”.
Moderator.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər