13 C
Baku
Monday, December 8, 2025

Dolların məzənnəsi ilə bağlı fikir ayrılıqları dərinləşir – İqtisadçılar nə proqnozlaşdırır?

Valyuta strategləri əsasən ABŞ dollarının gələn il ərzində zəifləyəcəyinə dair proqnozlarını qoruyub saxlayırlar. Banker.az (İnvestisiya) xəbər verir ki, bunun əsas səbəbi öncəki yazılarmızda da qeyd etdiyimiz kimi ABŞ-nin mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi gözləntiləridir. Lakin getdikcə daha böyük azlıq qrupu dolların əksinə, möhkəmlənəcəyini proqnozlaşdırır. Məsələn bununla bağlı Reuters və digər nüfuzlu agentliklərin ümumimi apardığı sorğulara baxasa eyni sözləri deməyə əsas verir..

İl ərzində təxminən 9% ucuzlaşan dollar 2017-ci ildən bəri ən pis illik performansına doğru gedir. Gömrük tarifləri riski, əmək bazarında qeyri-müəyyənlik, fiskal narahatlıqlar və mərkəzi bankın müstəqilliyi ilə bağlı şübhələr təzyiqi artırıb.

CFTC məlumatlarına görə, aprel ayından bəri bazarda mövqelər xalis qısa olaraq qalır, yəni mühit dollar üçün “sat” strategiyasını qüvvədə saxlayıb.

Noyabrın 28-dən dekabrın 3-dək aparılan 52 strateqdən 44-ü (təxminən 85%) ilin sonuna qədər mövqelərdə ciddi dəyişiklik gözləmədiyini və ya qısa mövqelərin artacağını bildirib. Cəmi 8 strateq xalis uzun, yəni artımı üzrə mövqelərə keçid gözləyir.

Bu proqnozlar bazarın dekabrın 9–10-da keçiriləcək FED iclasında 25 baza bəndi endiriminə təxminən 85% ehtimal verməsi ilə üst-üstə düşür.

Eyni zamanda, dövlət qurumlarının bağlanması səbəb ilə əsas statistik məlumatların gecikməsi mərkəzi bank daxilində parçalanmanı artırıb. Rəsmilər bir tərəfdən məşğulluğu dəstəkləmək üçün əlavə endirimləri, digər tərəfdən isə yüksək inflyasiya fonunda bunun riskli olmasını müzakirə edirlər.

Sorğunun median proqnozlarına görə, avro-dollar məzənnəsi üç ay ərzində təxminən $1,17, altı ayda $1,19, bir il ərzində isə $1,20 səviyyəsində olacaq.

“Bizim proqnozumuz budur ki, dollar gələn ilə doğru tədricən zəifləyəcək. Fed faiz dərəcələrini endirməyə davam edəcək. Amma dekabr iclasında daha ‘şahinvari’ addım ata bilər, çünki FOMC üzvləri arasında narazılıq artıb. Dollar hələ də bahalıdır, amma ilin əvvəlindəki qədər deyil”- deyə, Yapon bankı MUFG-nin baş valyuta iqtisadçısı Li Hardman deyib.

323

Dollar dönüş

Ümumi mənfi baxışa baxmayaraq, proqnozlarda parçalanma dərinləşir. Strateqlərin bir az çoxu — 60 nəfərdən 31-i — 2025-ci ilin sonuna qədər əsas riskin dolların daha da zəifləməsi olduğunu düşünür, digərləri isə güclənmə riski görür.

Qısamüddətli proqnozlarda da dəyişiklik var. Respondentlərin təxminən 30%-i yaxın üç ayda dolların möhkəmlənəcəyini gözləyir. Noyabr ayında bu rəqəm cəmi 6% idi. Bu, dolların zəifləyəcəyi ilə bağlı uzunmüddətli inamın sarsılmağa başladığını göstərir.

“Yaxın bir neçə ayda real dönüş görə bilərik. Düşünürük ki, I rübün sonuna doğru vəziyyət xeyli yaxşılaşacaq və bu, dolların bərpası üçün zəmin yaradacaq. Avro/dollar məzənnəsi yay sonuna doğru potensial olaraq $1,10-a enə bilər.”- deyə, “Citi”nin əsas Foreks bazarları üzrə rəhbəri Den Tobon maraqlı fikirlə çıxış edib.

Onun sözlərinə görə, ABŞ bazarlarından çıxış gözləntiləri reallaşmayıb və səhm bazarındakı yüksəliş davam etdikcə bu, dollar üçün müsbət amil ola bilər.

Texnoloji, xüsusilə də süni intellektlə bağlı şirkət səhmlərinin bahalaşması fonunda “S&P 500” indeksi bu il artıq 16%-dən çox yüksəlib. Sonuncu dəfə Reuters agentliyi bununla bağlı ayrıca sorğu keçirib və 2026-cı ilin sonuna qədər daha bir ikirəqəmli artım proqnozlaşdırılır.

Lakin bu, fyuçers bazarlarının həmin vaxta qədər təxminən dörd faiz endirimini qiymətlərə daxil etməsindən asılıdır ki, analitiklər bunu həddindən artıq aqressiv hesab edir.

“Bazar gələcək Fed endirimləri ilə bağlı həddindən artıq optimistdir. Hazırda bazarda məlumatların əsaslandırdığından daha çox pessimizm meyli var.”- deyə, “Standard Chartered”in əsas valyuta bazarları üzrə strategiya rəhbəri Stiv Englender deyib.

 

Son xəbərlər
Digər xəbərlər