2 C
Baku
Saturday, December 14, 2024

Dolların qlobal SWIFT ödənişlərində payı kəskin azalıb

SWIFT banklararası sistemi vasitəsilə hesablaşmalarda dolların payı fevralın sonunda 46.56%-ə düşüb. Bu rəqəm 2023-cü ilin iyulundan bəri ən aşağı göstəricidir.

Ay ərzində dolların payı 0.08 faiz bəndi azalıb. Qeyd edək ki, Amerika valyutası dünyada ən populyar olaraq qalır.

Avronun payı 0.23 faiz bəndi artaraq 23.25%-ə çatıb. Bildirilir ki, o da ötən ilin avqust ayından bəri tarixi minimuma yaxındır.

SWIFT cəmi bir neçə il əvvəl dünyada aparıcı hesablaşmalar sistemi olub. Lakin 2014-cü ildə Qərb ölkələri ilk dəfə Rusiya ilə əlaqəni kəsməklə hədələdikdən sonra digər dövlətlər SWIFT-ə alternativ yaratmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər