Azərbaycan Mərkəzi Bankı 24 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 24.01.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8559 səviyyəsində müəyyən olunmuşdur.
Bildirək ki, bu gün ikitərəfli hərracda dollar 1,5% bahalaşaraq 1,8559 manat olmuşdu.
Xatırlatmaq istərdik ki, bu gün, yəni, 23 yanvar tarixində dolların rəsmi məzənnəsi 1,8311 manat olub.