1 C
Baku
Saturday, December 14, 2024

Dollarla kredit götürənlərlə bağlı Müdafiə Komitəsi yaradıldı

Bu gün, Ümid Partiyasının Mərkəzi qərərgahında “Manatın devalivasiyası və problemli kreditlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin aparıcısı Ümid Partiyasının ictimayyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarla iş şöbəsinin müdiri Mübariz Maxsudov Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarından sonra yaranmış vəziyyət haqqında məlumat verib. Dəyirmi masa iştirakçıları və ekspertlər mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndirdilər. İştirakçıların təşəbbüsü ilə Azərbaycan banklarından dollarla kredit götürən vətəndaşların hüquqlarının qorunması üçün 5 nəfərdən ibarət Müdafiə Komitəsi yaradıldı və qərara alınıb ki, sonradan müstəqil ekspertlərin, digər siyasi partiyaların, QHT və KİV nümayəndələrinin hesabına Müdafiə Komitəsinin tərkibi genişləndirilsin.

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev Müdafiə Komitəsinin sədri seçilib. Sonda dəyirmi masa iştirakçıları adından qətnamə qəbul olunub.

qafqazinfo

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.