10 C
Baku
Thursday, December 12, 2024

Dolunu yağışa çevrən cihazın ilk müştərisi Azərbaycan oldu

Türkiyədə Vanda istehsal olunan və göy üzünə göndərilən səs dalğası ilə suyun kristallaşmasına mane olaraq dolunun yağışa çevrilməsini təmin edən cihazın ilk ixracı Azərbaycana həyata keçirilib.

Türkiyə mətbuatına istinadən, təxminən min hektar sahəyə kifayət edən və cib telefonuna qurulan proqramla nəzarət edilə bilən cihaza, Azərbaycana ilk ixracından sonra Avropa ölkələrindən də tələb yaranıb. Cihazın istehsalçısı Yunanıstandan da sifariş alıb.

İranlı sahibkar Yadollah Nasrollahinin kənd təsərrüfatı məhsullarını doludan qorumaq üçün istehsalını düşündüyü, ancaq ölkəsindən lazım olan dəstəyi almadığı üçün Vandakı İş Təkmilləşdirmə Mərkəzinə (İŞGEM) müraciət edərək layihələndirdiyi “Dolusavar” adı verilən cihaz, kənd təsərrüfatı sektorunda böyük maraqla qarşılanıb.

Nasrollahi, ölkə daxilindən və xaricindən sifarişlər aldığından, asetilen qazın partladılması nəticəsində göy üzünə göndərilən səs dalğası ilə suyun kristallaşmasına mane olaraq dolunun yağışa çevrilməsini təmin edən aparatın seriya istehsalına keçib.

Necə işləyəcək?

Dolu kənd təsərrüfatı ilə məşğul olan fermerlərə ciddi zərər verir. Dolunun qarşısını alan bu cihazla, asetilen qazının partladılması ilə yaranan səs dalğaları göyə təxminən 10-12 kilometrlik məsafəyə çıxır. Dolu 12 kilometrlik bir hava təbəqəsinin içərisində yaranır. Orada yaranan kristalların müsbət və mənfi qütblərinin səs dalğası ilə yapışması əngəllənir. Bu şəkildə dolunun yağış kimi yağması təmin olunur. Hər bir cihaz min hektar bir sahəyə kifayət edir.

©Marja.az

Son xəbərlər
Digər xəbərlər