12 C
Baku
Wednesday, December 11, 2024

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılmasına başlanılır

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi “Caspian House” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi çərçivəsində dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması məqsədilə lazımi avadanlıqların və inventarların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 141 128 manatdır.

Qeyd edək ki, “Caspian House” MMC  2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Azər Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər