15 C
Baku
Friday, March 29, 2024

Donald Tramp avtomobilləri ucuz və ağır etmək istəyir

ABŞ prezidenti Donald Tramp yeni avtomobillərin qiymətini kəskin şəkildə azaltmaqla köhnə avtomobillərlə mübarizə aparmaq qərarına gəlib. Bundan başqa o, qəza zamanı təhlükəli olan yüngül avtomobillər barədə də mənfi rəy bildirib.

Tramp federal hökümətə avtomobillərin qiymətini 3,5 min dollara qədər azaldacaq tədbirlərin hazırlanmasını tapşırıb. Prezidentin fikrinə görə, bu addım vətəndaşları işlənmiş deyil, yeni avtomobilləri almağa həvəsləndirəcəkdir.

ABŞ prezidenti Ağ evdə çıxış edən zaman yeni avtomobillərin nəiki baha olduğunu, həmçinin onların lazımi qədər təhlükəsiz olmadığını da qeyd edib. «Onlar (Kaliforniya hakimiyyəti) öz avtomobillərini çox yüngül edirlər, papye-maşe kimi. Qəza zamanı belə avtomobillərdə olmaq çox təhlükəlidir», – Tramp əlavə edib.

Prezident federal hakimiyyətin yaxın zamanlarda bir sıra dəyişiklikləri hazırlayacağını və avtomobil sənayesinə dair yeni standartların elan ediləcəyini qeyd edib. Lakin, hətta Ağ evin rəsmi xəbərində belə təfərrüatlar verilməyib.

Autograph

Son xəbərlər
Digər xəbərlər