Donald Tramp hakimiyyətdə olduğu müddətdə Si Tsinpin ilə “əla münasibətləri” olduğunu deyib.
Banker.az xəbər verir ki, bununla yanaşı, ABŞ-ın 45-ci prezidenti ÇXR liderini qatil adlandırıb.
Bu bəyanatdan sonra jurnalistlərdən biri cənab Trampın sözünü kəsib. Siyasətçi də Sinin qatil olduğunu təkrar edib: “O, qatildir, amma mənim onunla əla münasibətim olub. Sonra COVID-19 başlayıb və bu artıq başqa bir hekayədir”.
Tramp həmçinin əlavə edib ki, Çin ABŞ-dan ildə 500 milyard dollar qazanır. O, koronavirus pandemiyasından dəyən zərəri 60 trilyon dollar olaraq qiymətləndirib və Çindən bunun ən azı qismən kompensasiya etməyi tələb edib.