-1 C
Baku
Sunday, December 15, 2024

Donald Tramp FED-in rəhbərinə yüksək faiz dərəcələrindən şikayət edib

ABŞ prezidenti Donald Tramp, bazar ertəsi günü Ağ evdə keçirilən görüşdə FED-in rəhbərinə yüksək faiz dərəcələrindən şikayət edib.

“Jerome Powell ilə söhbətimiz zamanı faiz dərəcələri məsələsini müzakirə etdik. Qeyd edim ki, digər rəqib ölkələrlə müqayisədə ABŞ-da faiz dərəcələri yüksəkdir”, – deyə Tramp öz “Twitter” hesabında yazıb.

“Əslində bizdə faiz dərəcələri digər ölkələrlə müqayisədə daha aşağı olmalıdır (biz – ABŞ). Həddindən artıq güclü olan dollar istehsalçılara və artıma zərər verir”, – prezident əlavə edib.

Qeyd edək ki, bir ildən çox olan müddətdə Federal Ehtiyatlar Sistemi faiz dərəcələrinin azaldılmasını tələb edən Trampın təzyiqlərinə məruz qalır.

“Vesti.Ekonomika” nın daha əvvəl verdiyi məlumata görə, oktyabrın 29-30 tarixlərində faiz dərəcəsini 1,5-1,75% aralığında azaldığını açıqlayıb.

Bu qərardan 24 saatdan az bir müddət sonra Donald Tramp FED-ə insanların məyus qaldıqlarını bildirib.

Son xəbərlər
Digər xəbərlər