10 C
Baku
Thursday, December 12, 2024

Donald Tramp: “Hərbi əməliyyatların növbəti məkanı kosmos olacaqdır”

ABŞ prezidenti Donald Tramp kosmosu hərbi əməliyyatların növbəti məkanı olaraq adlandırıb.

Banker.az xəbər verir ki, o, bunu C-Span tərəfindən yayımlanan ABŞ-ın Kosmik Komandanlığının rəsmi işlərinin başlamasına həsr olunmuş mərasimdə bildirib.

“Kosmik komandanlıq ABŞ-ın kosmosda – hərbi əməliyyatların növbəti məkanında maraqlarını müdafiə edəcək”, – deyə prezident qeyd edir.

Tramp bildirib ki, kosmik komandanlığın məqsədi “heç bir zaman sorğu-suala məruz qalmamalı və heç vaxt təhdid edilməməli” olan ABŞ-ın kosmosdakı üstünlüyünü təmin etməkdir.

CNN-in verdiyi məlumata görə, komandalıq 287 nəfərdən ibarət olacaq, onun harada yerləşəcəyi hələ məlum deyil.

Ötən ilin dekabrında Donald Tramp ABŞ Kosmik Qüvvələri komandanlığının yaradılması haqqında fərman imzalamışdı.

Kosmik qüvvələrin yaradılması ideyası 2018-ci ildə açıqlanıb. Bunun əsas məqsədi Amerika peyklərinin və ABŞ-ın kosmosdakı maraqlarının qorunması, kosmik dağıntıların izlənməsidir.

Son xəbərlər
Digər xəbərlər