1 C
Baku
Saturday, December 14, 2024

Donald Tramp Hong-Kongda insan hüquqlarına dair yeni qanun imzaladı

ABŞ prezidenti Donald Tramp, Hong-Kongda insan hüquqları dair yeni qanun imzalayıb. Bu haqda Ağ evin mətbuat xidmətinə istinadən TASS xəbər verir.

Sənədə əsasən, ABŞ administrasiyası mütəmadi olaraq Çinin xüsusi inzibati bölgəsindəki vəziyyət barədə millət vəkillərinə hesabat verməlidir. Bununla yanaşı, bu qanun bölgədə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək imkanı da təmin edir.

Daha əvvəl qanun ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib. Qeyd edək ki, Çin hökuməti sənədin təsdiqlənməsinə qarşı etirazını bildirib.

Xatırladaq ki, bu ilin yayından başlayaraq Hong-Kongda hökumətin ekstradisiya qanunu qəbul etməsinə qarşı kütləvi etirazlar davam edir. Çoxsaylı mitinqlərdən sonra qanun layihəsi geri çağırıldı. 

Son xəbərlər
Digər xəbərlər