8 C
Baku
Friday, December 13, 2024

Donald Tramp: “Neftin qiymətini bunlar çökdürdü”

ABŞ prezidenti Donald Tramp birjaların düşməsinin səbəblərindən danışdı. Siyasətçinin fikrincə, neftin qiymətini Rusiya və Səudiyyə Ərəbistanı arasında gedən mübahisələr və saxta xəbərlər çökdürüb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Səudiyyə Ərəbistanı və Rusiya neft istehsalının qiymətləri və həcmi ilə bağlı mübahisə edirlər. Fond bazarına təsir göstərən amillərdən biri də saxla xəbərlərdir”, – deyə prezidenti sosial şəbəkədə yazır. Onun sözlərinə görə, yanacağın qiymətinin düşməsi, istehlakçılar üçün yaxşı xəbərdir.

Xatırladaq ki, fevral ayında Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində məğlub olduğu təqdirdə, dünyanın ən böyük çöküşə məruz qalacağını söyləmişdir. Onun açıqlamaları S&P 500 və Dow indekslərinin 3%-dan çox düşməsinə səbəb olub.

Ötən həftə Rusiya neft istehsalının azaldılmasını nəzərdə tutan OPEC+ müqaviləsindən çıxaraq, Səudiyyə Ərəbistanı ilə qiymət uğrunda müharibəyə başladı. Nəticədə, neftin qiyməti və fond indeksləri kəskin azaldı.

Son xəbərlər
Digər xəbərlər