15 C
Baku
Friday, April 26, 2024

Donald Tramp: “Qulaq as, biz müqavilə bağlamaq istəyirik. Gəl bunu edək”

ABŞ prezidenti Donald Tramp Çin ilə müvəqqəti ticarət sazişi bağlaya bilər. O, tam hüquqlu müqaviləyə üstünlük verəcəyini qeyd edərək bildirib ki, buna mərhələ-mərhələ də nail olmaq olar.

Banker.az xəbər verir ki, “Biz milyardlarla dollarlıq tariflər tətbiq etdik. Əlbəttə ki, çinlilərin mənə “Qulaq as, biz müqavilə bağlamaq istəyirik. Gəl bunu edək” sözü ilə müharibənin sona çatmasını istəyərdim. Görürəm ki, bir çox analitik əvvəlcə həlli yolu sadə olan məsələlərlə məşğul olacağımızı istəyərək müvəqqəti sazişdən danışır. Lakin sadə və ya mürəkkəb deyilən bir şey yoxdur. Biz bu variantı da nəzərdən keçiririk. Bizim işlər yaxşıdır, çox yaxşıdır”, – deyə Tramp jurnalistlərə bildirib.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə. ABŞ və Çin arasındakı son danışıqlar heç bir nəticə verməyib. Sentyabrın 1-dən başlayaraq Çindən idxal olunan mallara 10%-lik tariflər tətbiq edilib.

Oktyabr ayında ABŞ və Çin arasında ticarət razılaşması ilə bağlı danışıqların növbəti raundu başlayır. Tərəflər bir-birinə qarşı güzəştə getməyə davam edirlər. Xatırladaq ki, bu yaxında Çin 16 növ amerikan məhsulunu əlavə tariflərdən azad edərək, “xoşməramlı jest” edib. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər