ABŞ prezidenti Donald Tramp Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.
Banker.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald J. Trump öz twitter səhifəsində yazıb.
“Mayk Pompeo ölkəmizin yeni dövlət katibi olacaq. O fantastik həcmdə iş görəcək. Reks Tillersona bütün görlən işlərə görə təşəkkür edirəm” – deyərək Prezident Twitterdə qeyd edib.
https://twitter.com/realDonaldTrump/status/973540316656623616
Bundan əlavə, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.