ABŞ prezidenti Donald Tramp, çərşənbə günü Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, “Bizi qane etməyən bir şey baş verməyənə qədər sanksiyalar ləğv edilir”, – deyə Tramp Ağ Evdə keçirilən brifinqdə bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp Suriyada hərbi əməliyyatlara başlaması səbəbiylə Türkiyə iqtisadiyyatına böyük zərbə endirəcəyini vəd etmişdir.
ABŞ-ın Maliyyə Nazirliyi, Türkiyə dövləti ilə əlaqəli olan səlahiyyətlilərə, təşkilatlara və ya şəxslərə qarşı sanksiyalar hazırlamışdı.
Oktyabrın 23-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçirilmişdir. Tərəflər arasında Suriya məsələsinin tənzimlənməsinə dair memorandum imzalanıb.
Memoranduma görə, 2019-cu ilin oktyabrın 23-dən başlayaraq Suriya-Türkiyə sərhədinə Rusiya qoşunları yerləşdiriləcək, bununla da kürd birləşmələrinin və silahlarının geri çəkilməsi işi asanlaşacaq.