23 C
Baku
Tuesday, April 23, 2024

Donald Trump-ın biznes məktəbi

1) Milyarderlər üçün iş və məmnunluq – hər ikisi eyni şeydir.

2)  Heç vaxt məzuniyyət götürməyin. Nəyinizə gərəkdir? Əgər işiniz sizə məmnunluq qazandırmırsa, demək lazım olan yerdə işləmirsiniz. Mən isə qolf oynayıram və öz biznesimi davam edirəm.

3) Mənim devizim budur: Ən yaxşıları işə götür – və heç bir şeydə onlara etibar etmə.

4)  Ciddi olun, öz nailiyyət və qüvvənizi lazımi ana saxlayın.

5) Əminəm ki, insan laızm bildiyi qədər pul xərcləməlidir. Lakin həmçinin bir şeyə də əminəm ki, mümkün olduğu qədər də çox xərcləmək lazım deyil.

6)Mən gecə saat 1-də yatağa gedirəm və səhər artıq 5-də oyanaraq yeni qəzetləri oxuyuram.

7) Maliyyə rifahı üçün yaxşı ideya düşünüb həyata keçirməməkdən daha dəhşətli bir şey yoxdur.

8) Hər hansı bir müqaviləyə imza atarkən yarana biləcək çətinlik və bu çətinliyin öhdəsindən gəlmək ehtimalını düşünürəm. Müqavilənin yaxşı tərəfləri barədə düşünməyə dəyməz. Yaxşə tərəf özü-özünə həyata keçəməyə qadirdir.

9) Varlanmağın yeganə yolu – realism və düzgün limitlərdir. Yalnız jurnal vərəqlərində və televiziyada mövcud olan illuziya dünyası ilə vidalaşmaq zamanıdır. Hər şey siz düşündüyünüz qədər asan deyil.

10) Əsl milyarderlər heç vaxt zamanı tələsdirməyə çalışmırlar. Çünki həyat çox gözəldir, lakin bununla belə çox da qısadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər