10 C
Baku
Thursday, December 12, 2024

DOST Agentliyi 140 min manata “Chatbot” alır

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “VVHELP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən “Chatbot” (Sosial bot) platformasının satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 140 000 manatdır.

Qeyd edək ki, “VVHELP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Seymur Rəsulovdur.

Son xəbərlər
Digər xəbərlər