15 C
Baku
Saturday, April 20, 2024

DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək

DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək.

DOST Agentliyindən  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 iyul tarixindən 20 iyul tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq.

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq.

Vətəndaşların yerində qəbulu dayandırılacaq. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:

 

1 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:  [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər:  [email protected]

 

2 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:   [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

 

3 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər:   [email protected]

Müavinətlər üzrə müraciətlər:  [email protected]

Təqaüdlər üzrə müraciətlər:  [email protected]

Məşğulluq üzrə müraciətlər:  [email protected]

Ümumi məsələlər üzrə müraciətlər:  [email protected]

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər