DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini təyinat olub.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Vüsal Məsiyev DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktorunun müavini təyin edilib. O, bu vəzifənin icrasına cari ilin iyunundan başlandığı bildirilir.
V.Məsiyev buna qədər Nazirliyin digər strukturunda olan Dövlət Məşğulluq Agentliyinin sədrinin müşaviri kimi çalışırdı. O, 2021-ci ilin noyabrında bu vəzifəyə təyin edilmişdi.
Daha əvvəllər isə İcbari Sığorta Bürosu və “CyberNet” MMC-də baş informasiya inzibatçısı kimi çalışıb.
“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” fəaliyyətini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq təşkil edir.
Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsində iştirak edilməsi, informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə olunması, habelə qurumlar arasında informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, elektron xidmətlərin təşkilinin və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstək göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin olunması, eyni zamanda informasiya texnologiyaları sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.
Bunlarla yanaşı Mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində informasiya texnologiyalarının tətbiqi ilə bağlı səmərəli tədbirlər görülür.