16 C
Baku
Wednesday, May 8, 2024

Dövlətin “Cənub Qaz Dəhlizi” şirkəti $1.61 milyard xalis mənfəət əldə edib

Azərbaycanda dövlətə məxsus olan təbii qaz operatoru “Cənub Qaz Dəhlizi” QSC (SGC) 2022-ci ildə 1 mlrd. 608.4 mln. ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə SGC-nin illik audit hesabatına istinad edir.

Xalis mənfəətin 2021-ci ildə 797.62 mln. dollar təşkil etdiyini nəzərə alsaq, bu illik iki dəfə artım deməkdir.

SGC 2022-ci ildə 2 mlrd. 649.96 mln. dollar həcmində gəlir əldə edib. Bu, illik müqayisədə 886.86 mln. dollar və ya 50% yuxarı göstəricidir. Şirkətin satışlarının maya dəyəri 344.92 mln. dollar olub.

“Cənub Qaz Dəhlizi”nin ümumi və inzibati xərclərinin həcmi illik müqayisədə 15% artaraq 306.59 mln. dollar, 34% artaraq 551.51 mln. dollara yüksəlib.

Bu xalis mənfəətdən sonra SGC-nin 2022-ci ilə qədərki illərin yığılmış 147.5 mln. dollarlıq zərəri 2022-ci ilin sonuna 961.57 mln. dollar xalis mənfəətlə əvəzlənib.

Şirkətin aktivlərinin həcmi illik müqayisədə 9% artaraq 13 mlrd. 783.86 mln. dollara, öhdəlikləri 5% artaraq 903.44 mln. dollara və kapitalı isə 42% artımla 5 mlrd. 703.32 mln. dollara yüksəlib.

SGC

Prezident 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə SGC yaradılması haqqında sərəncam imzalayıb. SGC İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. Şirkətin 2 mlrd. 415.8 mln. manat nizamnamə kapitalı var.

mz1 1 2b 1 1b

Son xəbərlər
 ⁠
Digər xəbərlər