23 C
Baku
Tuesday, July 1, 2025

Dövlət Neft Fondu məzənnəni qorumaq üçün yanvarda $645 mln. satıb – tələb artdı

2021-ci ilin ilk ayının valyuta hərracları öncəki aylardan daha tələbli keçib.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən  644.5 milyon ABŞ dolları satılmaqla öncəki ayın göstəricilərini üstələdi. Öncəki ayda yanvardan  hərrac az keçirilmişdi.

Banklar yanvarda 8 valyuta hərracına dollar alışı üçün baş vurub. Bu hərracların ikisində qeydə alınan tələb rəqəmi 100 milyon dollar üzərində xarici valyutaya tələb olmuşdu.

Banker.az analitikləri və eləcə də bankdakı mənbələr bu ayda hərraclarda xarici valyuta üçün alışın aylıq həcminin dekabrı ötəcəyini artıq ikinci hərracda proqnoz edirdilər.

Dekabrda ARDNF banklara  637.8  milyon dollar valyuta satmışdı. Həmin banklar isə əllərinə keçirdiyi bu dolların 239.2 milyon dollarını müştərilərə satmaqla, onlardan cəmi 97.6 milyon dollar almışdılar.

968u469o84u649684u69468y4

Hazırda Azərbaycanda banklarda olan bu tələb son bir  il üzrə götürsək bircə “həyacanlə mart” ayından geri qalır. Həmin ayda dünya birjalarında koronavirusun yayılması ilə neftə yaranan tələbin azalması neftin qiymətlərini kəskin azalmışdı. Bu da Azərbaycanda vətəndaşların neftin qiymətinə keçmiş təcrübədə yaşanan milli valyutanın dəyərsizləşmə ehtimalı ilə bank “Exchange”lərinə əllərindəki milli valyutanın dollara konvertasiyasına sövq etmişdi. Bu da həmin zamanda Azərbaycanın suveren fondunun bazara 20 gün ərzində 1 milyard dollardan çox valyuta satışına gətirib çıxarmışdı.

2021-ci ilin yanvarında isə xarici valyutaya tələb üçüncü (142.2 mln dollar) və dördüncü hərracda (100.1 mln dollar) daha çox olub. Elə ilk bu artımın olduğu hərracda AMB açıqlama verərək bildirmişdi ki, USD/AZN valyuta cütlüyünün 2017-ci ilin martından davam edən “lövbər” kursu bundan sonra da qorunub saxlanılacaq.

 

Son xəbərlər
Digər xəbərlər