17 C
Baku
Saturday, May 25, 2024

Dövlət Neft Fondunun aktivlərinin həcmi ilk rübdə $1.3 mlrd. artıb – SON RƏQƏMLƏR

Azərbaycanın suveren fondu Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1 aprel 2024-cü il tarixinə 57 milyard 372.8 milyon ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Fondun rüblük hesabatına istinadən xəbər verir.

Bu da son bir rübdə 1 mlrd. 303.1 mln. dollar və ya 2.3 faiz artımıdır.

İlin əvvəli Fondun aktivlərinin həcmi 56 mlrd. 69.7 mln. dollar idi ki, bu da son ildə 14.3% (və ya 7 milyard ABŞ dolları) artım idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər