12 C
Baku
Sunday, October 27, 2024

“Təmiz Şəhər”də 52 milyon manatlıq zərər

> Aktivlərini kəskin artırıb, zərər 52 mln. manatı ötüb
> Borcu olan dövlət qurumları məlum olub

2016-cı ildə “Təmiz Şəhər” ASC-nin aktivləri 102,188 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 53,53% və ya 35,631 mln. manat çoxdur.

Bu barədə dövlət şirkətinin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən hazırlanıb.

Aktivlərin 85,087 mln. manatı uzunmüddətli, 17,101 mln. manatı isə qısamüddətlidir. Uzunmüddətli aktivlərin strukturunda əmlak, tikili və avadanlıqların payı 84,671 mln. manatdır.

Cari aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 1,652 mln. manat, vergi aktivlərinin payı 8,333 mln. manat, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payı 2,854  mln. manat, digər aktivlərin payı isə 3,685 mln. manatdır.

Dövlət şirkətinin öhdəlikləri 25,43% və ya 1,623 mln. manat azalaraq 4,760 mln. manata çatıb ki, bunun da hamısı caridir.

“Təmiz Şəhər” ASC-nin faizli kreditlər və borc vəsaitləri 1,2 mln. manat, kreditor borcları isə 3,559 mln. manat təşkil edir.
Şirkətin nizamnamə kapitalı ötən il dəyişməyərək 9 mln. 149,672 min manat olaraq qalıb, cəmi kapital isə 61,79% və ya 37,254 mln. manat artaraq 97,428 mln. manata çatıb.

Hesabat dövründə şirkətə 154,591 mln. manat məbləğində dövlət investisiyası yatırılıb. Digər investisiyaların həcmi 58,084 mln. manat olub.

Şirkət ötən ili 52 mln. 617,886 min manatlıq zərərlə başa vurub. 2017-ci ilin yanvarın 1-ə yığılmış kəsir 124 mln. 397,021 min manata çatıb.

“Təmiz Şəhər”ə borcu olan dövlət qurumları məlum olub

“Təmiz Şəhər” ASC 2016-cı ilin sonuna debitor borclarının qalıqlarının məbləğini və strukturunu açıqlayıb.

Müvafiq məlumat ASC-nin 2016-cı il üzrə maliyyə hesabatında əksini tapıb. Hesabat “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən aparılıb.

Dəyərsizləşmə zərərindən əvvəl cəmi debitor borcların məbləği 12 mln. 563,176 min manat, dəyərsizləşmə zərəri isə 12 mln. 104,207 min mabat təşkil edir. Beləliklə, cəmi xalis debitor borclar 459,969 min manatdır. Ötən il bu rəqəm 1 mln. 822,402 min manat olub.

Dövlət şirkətinə borcu olan müəssisələrin adlarına və onların borclarının məbləğinə gəlincə, “Kommunal Xidmətlət Müəssisəsi” MMC “Təmiz Şəhər”ə 6 mln. 933,685 min manat, İxtisaslaşmış Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsi 4 mln. 832,654 min manat, Sabunçu rayonu KTİ 178,005 min manat, Biləcəri Bələdiyyəsi 129,247 min manat, Nizami rayon MKTB 102,194 min manat, Binəqədi rayon MKTB 45,212 min manat, Nərimanov rayon MKTB 34,295 min manat, Nəsimi rayon MKTB 33,941 min manat, “Azərbaycan Kağız və Karton İstehsalı Zavodu” MMC 30,181 min manat, Binəqədi bələdiyyəsi 30,624 min manat, Xətai rayon MKTB 25,842 min manat, “Az. Ekol” MMC 24,508 min manat, Yasamal rayon MKTB 15,450 min manat, digər kiçik müəssisələr isə 147,338 min manat ödəməlidir.

©APA agentliyi

Son xəbərlər
Digər xəbərlər