8 C
Baku
Sunday, December 22, 2024

Dövlət Vergi Xidməti bu şirkətin rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda vergi borcu olan şirkətin rəhbərinin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, çıxışına “stop” qoyulması istənilən 2006-cı ildən bu tərəfə dövlət qeydiyyatında olan “Rabitel” MMC-nin rəhbəridir.

Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bununla bağlı 4 aprel 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan “Rabitel” MMC-nin direktoru (icra orqanının rəhbərinin) Cəlal Muxtarlı Kamal oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı müraciət edib.

İşə Ülkər Həsənova hakim təyin edilib.

4 aprel 2023-cü il tarixinə “Raitel”in 13 107.19 manat vergi borcu olduğu göstərilir. Qeyd edək ki, şirkət rəhbəriinin ölkədən çıxışına “stop” qoyulub- qoyulmayacağı məhkəmənin qərarından aslı olacaq.

“Rabitel” MMC-nin (1700660381) 2006-cı ildə yaradııb. Onun cəmi 20 manat nizamnamə kapitalı var.rabitel borc

Son xəbərlər
Digər xəbərlər