24 C
Baku
Wednesday, May 29, 2024

Dövlət Xidməti sosial şəbəkələrdəkı nasazlıqla bağlı məlumat yaydı

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Banker.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, – məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Report”un sorğusuna cavab olaraq bildirib ki, “Meta” şirkətinə məxsus “Facebook”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:

“Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər