1 C
Baku
Saturday, December 14, 2024

Dövlətə vurduğu zərərin 40 mln. manatını ödəyən generalın məhkəməsinin vaxtı məlum olub

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Fikrət Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın ilk olaraq 80 milyon manata yaxın olduğu açıqlanmışdı.

Nizami Məmmədovun vəklili mətbuata açıqlamasında iş üzrə dəyən zərərin 40 milyon manat təşkil edən hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər