6 C
Baku
Sunday, December 15, 2024

“Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 25% artıb”

Ötən il 903 dövlət əmlakı özəlləşdirilib və bununla bağlı büdcəyə 116 mln. manat vəsait daxil olub.

Bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev deyib. O bildirib ki, bu proqnozdan 5.4% çoxdur.

O həmçinin əlavə edib ki, 2023-cü ildə torpaq sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 19% artaraq 25.2 mln. manata, qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 62% artaraq 6.1 mln. manata çatıb. Ümumilikdə, dövlət əmlakının icarəsindən büdcə daxilolmaları proqnozdan 25.1% artaraq 31.3 mln manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər